İtaliyanın "Piza" klubu heyətini yeni oyunçu ilə gücləndirib.
QOL.az xəbər verir ki, A seriyasına yüksələn klub "Frozinone"dən İsak Vuralı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu transfer "Piza" üçün 4,5 milyon avroya başa gəlib. 19 yaşlı yarımmüdafiəçi ilə 4+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Türkiyə U-21 millisinin üzvü ötən mövsüm "Frozinone"də 24 rəsmi matçda 2 qol ötürməsi edib.
"Çelsi"dən ayrıla bilər
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər
"Beşiktaş" onu göndərdi