Mbappe xəstəxanadan buraxıldı

Mbappe xəstəxanadan buraxıldı
DÜNYA FUTBOLU 20 İyun 2025 / 01:57 1460
-  A +

"Real"ın ABŞ-da xəstəxanaya yerləşdirilən futbolçusu Kilian Mbappe evə buraxılıb.

QOL.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

26 yaşlı hücumçuya kəskin qastroenterit diaqnozu qoyulub. Mbappe artıq komandanın düşərgəsinə qayıdıb. O, xüsusi tibbi müalicə almağa davam edəcək və tədricən məşqlərə qoşulacaq.

Qeyd edək ki, Mbappe iyunun 19-da xəstəxanaya yerləşdirilmişdi.


Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner