"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen "Qalatasaray"dan təklif alıb.
QOL.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.
İstanbul nəhənginin 33 yaşlı qolkiperə hər mövsüm üçün 5 milyon avro ödəməyə hazır olduğu bildirilib. "Qalatasaray"ın həmTer Ştegenin tam transferi, həm də mövsümün sonunda satın almaq şərti ilə icarə variantını nəzərdən keçirdiyi vurğulanır.
"Barselona"nın da Ter Ştegeni satmaqda maraqlı olduğu qeyd olunur.
Almaniyalı qolkiperin klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimidir. O, 2014-cü ilin yayından “Barselona”da çıxış edir. Bu müddət ərzində qapıçı klubla 6 dəfə La Liqa çempionu olub, 6 dəfə İspaniya Kubokunu, 4 dəfə isə Superkuboku qazanıb. 33 yaşlı qapıçı həmçinin UEFA Çempionlar Liqasının qalibi adını da qazanıb.
Messi geri döndü
"Xankəndi"də yeni məşqçi
Klub stadionda ayaqüstü sektor yaradır
"Nyukasl"ın "Qarabağ" hazırlığı - Şəkillər
Rəhim Həsənov qolun ləğvini təsdiqlədi - Video
Keyn bu göstəricidə Ronaldonu geridə qoydu
"Qarabağ" qeyri-adi komandadır" - "Nyukasl"ın futbolçusu
"Qalatasaray" - "Yuventus" matçının heyətləri açıqlandı
Klub rəhbərliyi cəzalandırıldı
"Liverpul" "Aston Villa"nın futbolçusu ilə maraqlanır
Müqaviləsi yeniləndi, klubda ən yüksək maaşı alacaq
Premyer Liqa oyunlarında iftar fasiləsi tətbiq olunacaq
"Qarabağ"ın "Nyukasl"la oyunöncəsi məşqindən - Şəkillər
Çempionlar Liqasının ən sürətli oyunçusu seçildi