"Mançester Siti" "Lion"un hücumçusu Rayan Şerkini transfer edib.
QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
İngiltərə mətbuatı yazır ki, bu transferin dəyəri 36,5 milyon avrodur. Əlavə olaraq, 6 milyon avro bonus şəklində ödənilə bilər. Həmçinin "Lion" futbolçunun növbəti transferindən 15 faiz pay alacaq.
Qeyd edək ki, Fransa millisinin üzvü ötən mövsüm Liqa 1-də 30 oyun keçirib, 8 qol vurub və 11 məhsuldar ötürmə edib.
"Çelsi"dən ayrıla bilər
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub