"Mançester Siti" 40 yaşlı futbolçu ilə yolları ayırdı

"Mançester Siti" 40 yaşlı futbolçu ilə yolları ayırdı
DÜNYA FUTBOLU 9 İyun 2025 / 15:10 2423
-  A +

"Mançester Siti" qapıçısı Skott Karsonla yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilə müddəti başa çatan 40 yaşlı qolkiperin sözləşməsi yenilənməyib.

Qeyd edək ki, S.Karson 2019-cu ildən "Mançetser Siti"nün üzvü idi. İngiltərə millisinin sabiq üzvü 2021-ci ildən "Mançester Siti"də rəsmi oyuna çıxmayıb.


Son xəbərlər