"İnter" hücum xəttini gücləndirib.
QOL.az xəbər verir ki, İtaliya klubu "Marsel"dən Luis Enrikeni transfer edib. Bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Enrike ilə 5 illik müqavilə imzalanıb.
Braziliyalı vinger üçün Fransa klubuna 25 milyon avro təzminat ödəniləcək.
Qeyd edək ki, 2022-ci ilin yayından "Marsel"də çıxış edən 23 yaşlı futbolnçu ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 9 qol vurub və 10 məhsuldar ötürmə edib.
"Çelsi"dən ayrıla bilər
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video