Özünü də zədələdi, komanda yoldaşını da

Özünü də zədələdi, komanda yoldaşını da
DÜNYA FUTBOLU 28 Noyabr 2025 / 12:36 249
-  A +

"Betis" klubu UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda "Utrext"lə (Niderland) matçda kuryoz halla üzləşib.

QOL.az xəbər verir ki, İspaniya klubunun aparıcı üzvləri İsko və Sofian Amrabat zədə səbəbindən erkən əvəzlənməli olub. 

Matçın 3-cü dəqiqəsində Amrabat qüvvətli zərbə ilə topu qapıya vurmaq istəyərkən futbolçuların ayaqları bir-birinə dəyib. Nəticədə onların hər ikisi zədələnib və oyunu davam etdirə bilməyiblər.

Qeyd edək ki, "Betis" - "Utrext" qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər