FİFA-nın prezidenti Caninni İnfantinonun ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfərinə qoşulması səbəbindən qurumun Konqresinə gecikməsi narazılığa səbəb olub.
QOL.az "Sky News"a istinadən xəbəg verir ki, Avropa futbolunun rəhbərliyi İnfantinonun bu addımını tənqid edib.
Qurumun yaydığı bəyanatda bildirilir ki, FİFA Konqresinin proqramında son dəqiqə dəyişiklikləri dərin narahatlıq doğurur:
"FİFA Konqresi futbolun ən vacib tədbirlərindən biridir. Burada dünyanın 211 ölkəsinin nümayəndələri toplaşır və bütün dünyada idmana təsir edən məsələləri müzakirə edirlər.
Tədbiən ev sahibliyi edən Paraqvay Futbol Federasiyası və KONMEBOL-la olan tərəfdaşlarımız çoxsaylı nümayəndələri qəbul etmək üçün əhəmiyyətli səylər göstərdilər və onlara qonaqpərvərlikləri üçün təşəkkür edirik. Lakin son dəqiqə proqram dəyişikliyi şəxsi siyasi maraqlara xidmət etmək məqsədi daşıyır və oyuna heç bir fayda gətirmir, futbolu ikinci plana atır.
Hər birimiz futbol sahəsində çalışırıq - küçələrdən tribunaya qədər. UEFA və FİFA Şurasının üzvləri bu dəfə oyunun ilk sırada olduğunu vurğulamaq və əvvəlcədən planlaşdırıldığı kimi yola davam etmək zərurətini hiss etdilər".
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”