“Tottenhem” öz meydanında uduzdu

“Tottenhem” öz meydanında uduzdu
DÜNYA FUTBOLU 22 Aprel 2025 / 01:15 480
-  A +

İngiltərə Premyer Liqasında 33-cü tura yekun vurulub. 

QOL.az xəbər verir ki, turun son matçında “Tottenhem” öz meydanında “Nottingem Forest”i qəbul edib. Son turlar uğursuz çıxışla yadda qalan London klubu bu dəfə də məğlub olub. 

21 aprel

“Tottenhem” - “Nottingem Forest” - 1:2
Qollar:
Elliot Anderson, 5 (0:1), Kris Vud, 16 (0:2), Rişarlison, 87 (1:2)

Son 5 matçda 4-cü dəfə meydanı məğlub tərk edən “Tottenhem” 37 xalla 16-cı pillədə qərarlaşıb. Xallarının sayını 60-a çatdıran “Nottingem Forest” isə 3-cü yerdədir. 


Son xəbərlər