AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında Azərbaycan futbolunun hazırkı durumundan danışıb.
QOL.az xəbər verir ki, o, hazırda futbolumuzda vəziyyətin ürəkaçan olmadığını deyib:
“Azərbaycan futbolunun indiki durumu ürəkaçan deyil. İnkişaf üçün yeni struktur yaradılması vacibdir. Təəssüf ki, sıfırdan başlamalıyıq. Hamı uşaq futbolunun pis olmasından danışır. Bu, bizim yaralı yerimizdir. Amma uşaq futbolunun inkişafı üçün infrastruktur lazımdır. Biz işə kosmetik təmirlə başlaya bilmərik. Bu işlərə bünövrə qurmaqla start verməliyik".
O bildirib ki, vəzifəsinin məsuliyyətini dərk edir: "Futbolumuzun inkişafı üçün əlimdən gələni edəcəm. Millimizin nəticələri hamımızı üzür. Bu durumdan düzgün nəticə çıxarıb, uğursuzluqdan çıxmaq yolunu tapmalıyıq. Layiq olduğumuz yerlərə çıxaracağıq. İnkişaf strategiyasında yazılan bəzi maddələr bəzi tənqidçilər tərəfindən real görünməsə də, onları reallaşdıraraq həyata keçirəcəyimizə inanırıq. Düzgün plan işin yarısıdır".
O bildirib ki, İnkişaf Strategiyanın həyata keçirilməsi gündəlik rutin işlərinə çevrilib: "Ciddi dəyişikliklər gözlənilir. AFFA strukturunda yeni qrup fəaliyyət göstərəcək. Onlar strategiyamın reallaşması yolunda işləyəcək. Layihə qrupu birbaşa baş katibə tabe olacaq".
O, futbolumuzda olan əsas problemlərdən də danışıb: "Hazırda əsas problem futbolçu yetişdirmək üçün məşqçi və təlimçilərin olmamasıdır. 10 milyonluq Azərbaycanda 7 təlimçi struktur var. Avropada isə bu, dəfələrlə çoxdur.
11 milyonuq Belçikada 147 təlimçi var. Gənc istedadların futboldan uzaqlaşmaları ən böyük problemlərdəndir. Bununla bağlı tədbirlər görüləcək. Məqsədimiz gənc futbolçuları peşəkar səviyyəyə çatdırmağa kömək etməkdir”.
"Barselona"nın baş məşqçisi futbolçularına xəbərdarlıq edib
Afrika Millətlər Kubokunun bürünc mükafatçısı bəlli oldu
FİFA prezidentinin maaşı 4 dəfə artıb
“Bavariya” 17 yaşlı futbolçu üçün hərəkətə keçdi
"Çelsi" evdə qələbə qazandı
"Tottenhem" baş məşqçisi ilə yollarını ayırır?
“Turan Tovuz” ev oyunlarını yenə Bakıda keçirəcək
“Neftçi”də yeni transfer olacaq? - Yuri Vernidub danışdı
Millinin etirazı təmin olundu - Məşq stadionu dəyişdirildi
Mbappe bu göstəricidə yalnız Ronaldodan geri qalır
"Real" "Levante"yə qalib gəldi
“Turan Tovuz”un ilk sınağı uğursuz oldu
"Çelsi"dən gənc müdafiəçi üçün 50 milyonluq təklif
Mançester derbisində möhtəşəm qələbə qazandılar
U-21 millimiz "Şamaxı"ya uduzdu
"Fənərbaxça"nın futbolçusu sıradan çıxdı
“Sabah”dan 9 qollu qələbə
“Gənclərə və yeni transferlərə şans verdik” - Azər Bağırov
Meydanda ürəyi dayanan futbolçu klubdan göndərildi
“Mançester Yunayted” yeni baş məşqçisindən bunu tələb edəcək
"Kəpəz" "Karvan-Yevlax"la heç-heçə etdi
“Onun “Neftçi”dəki dövrü sadəcə fəlakət idi”
“Niyə “Qarabağ”ın əhvalını pozmayaq ki?”
"Yuventus" hücumçu transfer edir
Duqlas Kostanın yeni klubu məlum oldu
Raufun britaniyalıları susduran o gözəl qolu… - Video
Rəşad Sadıqov: "Türkiyədə məşqçi işləmək istəyirəm" - Video
Arteta "Real"ın baş məşqçisi ola bilər
Afərin, “Qarabağ”ın gəncləri! - Video
PSJ ilə 100-cü qələbə
Qurban Qurbanov qələbələri dəyərləndirdi
Tanınmış klubun prezidenti vəfat etdi