“Səbail”in ukraynalı müdafiəçisi Dmitro Litvinin QOL.az saytına müsahibəsi
- Premyer Liqada qalmaq baxımından finala bərabər oyunda “Kəpəz”lə heç-heçə (1:1) etdiniz. Görüş haqda fikirləriniz necədir?
- Gözlənildiyi kimi, oyun çətin keçdi. Əslində, matça yaxşı başlamışdıq. Ani diqqətsizlik səbəbindən rəqib bizi əks-hücumda tutdu. Amma qapımızdan qol buraxdıqdan sonra ruhdan düşmədik. Buraxılan qola verdiyimiz reaksiya xoşuma gəldi. Xüsusən ikinci hissədə daha cəld və aqressiv oynadıq. Hesabı bərabərləşdirməyə müvəffəq olduq. 1:1-dən sonra hər iki komandanın fərqlənmək üçün şansları oldu. Təəssüf ki, ikinci qolu vura bilmədik.
- Vurduğunuz qolu “Səbail”in Premyer Liqada qalması baxımından həlledici hesab etmək olar? Çünki uduzsaydınız, xal fərqi 8-ə çatacaqdı...
- Doğrudur, vacib qol idi. Sevinirəm ki, fərqlənə bildim və bu qol komandaya xal qazandırdı. Lakin bunu təkcə öz adıma yaza bilmərəm. Qol vurmuşuqsa, bunda hamının əməyi olub. Komanda şəklində yaxşı oynadıq.
- Cavid Hüseynovun gedişi komandaya necə təsir edib?
- Çempionatda yaranan fasilə zamanı böyük iş gördük. Yeni baş məşqçimizin oyun sxeminə öyrəşirik. Fikrimcə, “Kəpəz”ə qarşı da çıxışımız pis alınmadı. Müdafiədən yaxşı çıxırdıq, düzgün ötürmələr verirdik. Sadəcə gərək epizodları reallaşdırmaq üzərində bir qədər də çalışaq.
- Necə düşünürsünüz, “Səbail” Premyer Liqada qala biləcək?
- Sona qədər mübarizə aparacağıq. Başqa variantımız da yoxdur. Çünki “Səbail” böyük klubdur. Burada xeyli insan çalışır. Üstəlik, aşağı yaş qrupları üzrə komandalarımız da var. Bir sözlə, çıxış yolumuz yoxdur, sona qədər vuruşacağıq. Klubdakı insanlar, azarkeşlərimiz üçün bunu edəcəyik. Mən komandamıza inanıram. Çətin də olsa, istəyimizə çatacağıq.
- Növbəti turda “Turan Tovuz”u qəbul edəcəksiniz. Həmin matçda qələbə həsrətinə son qoymaq mümkün olacaq?
- Bu mövsüm “Turan Tovuz”a qarşı 3 oyun keçirmişik. Onlara qarşı matçlarımız heç də pis alınmayıb. Fikrimcə, gücümüz var. Qalib gələ bilərik. Əsas odur ki, “Kəpəz”lə görüşdən sonra yaxşı bərpa prosesi keçib, matça ciddi hazırlaşaq. "Turan Tovuz"un güclü tərəflərini, necə oynadıqlarını bilirik. Ümidvaram ki, hər şey yaxşı olacaq.
Avropa Liqasında 18 oyun
Levandovskinin “Fənərbaxça” ilə bağlı qərarı bəlli oldu
"Zaqatala" "Şimal"ı belə məğlub etdi - Video
Dibala və Beyli “Napoli” sınağına hazırdı
"Onları Messi və Ronaldo ilə müqayisə etmək doğru deyil"
“Qalatasaray”ın futbolçusunun cəzası təsdiqləndi
“Milan”ın qapıçısı “Çelsi”yə keçə bilər
“Liverpul”un əfsanəsi işsiz qaldı
Kevin Medinanın hazırkı durumu bəlli oldu
1-ci liqada 9-cu tur start götürdü
“İsinmək üçün hakimə etiraz etdim”
"Barselona"nın 53 oyunluq seriyası başa çatdı
FİFA prezidenti Livan vətəndaşı oldu
Mareska: "Oyundan sonra komandama dedim ki..."
"Mançester Siti" 12 il sonra ilk dəfə...
"Liverpul, "Barselona" və PSJ"
Qvardiola: "Gözlədiyimiz oyun bu deyildi"
"Kukurelya Yamalı cibində saxlamışdı"
6 oyunun hakimləri məlum oldu
Xabidən istefa xəbərlərinə münasibət
Səbətlər açıqlandı - DÇ-2026
Flik 0:3-dən danışdı
Misli Premyer Liqasında 13-cü turun hakimləri açıqlandı
ÇL-in bugünkü oyunlarını yayımlayacaq kanallar
"Benfika"nın "Ayaks" üzərində qələbəsi - Video
Di Lorenzo "Qarabağ"la oyun haqda
"Qalatasaray" İstanbulda belə uduzdu - Video
Neymar yenə zədələndi: Bu il oynamayacaq
"Çelsi" "Barselona"ya aman vermədi - Video
Maktominey: "Qarabağ"a daha çox qol vurmalı idik"
"Napoli" - "Qarabağ" oyunundan - Video
"Həmin vaxt oyunun taleyi həll olundu" - Qurban Qurbanov