"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 27-ci turunda "Qarabağ"la 0:0 hesablı heç-heçə etdikləri oyundan danışıb.
QOL.az xəbər verir ki, o, görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib:
- Bütün azarkeşlərimizə təşəkkür edirəm. 1 xal da bizim üçün qənimətdir. "Qarabağ"a qarşı oynamaq həmişə çətindir. Normal oyun getdi. Uduza da bilərdik. "Qarabağ"a qarşı əks-hücumda oynamağa məcbursan.
- Qurban Qurbanov dedi ki, meydança sulanmayıb. Bu fikirlə razısınız?
- Qurban müəllimin sözünün qarşısında söz deyə bilmərəm. Dediyində həqiqət var.
- Ev matçlarınızın erkən saatlarda olması işığa qənaət etmək üçündür?
- "Kəpəz"də heç nəyə qənaət olunmur. Məşqçinin bütün istəkləri yerinə yetirilir. PFL oyunu hansı saata salsa, oynamağa hazırıq.
- Komandanın içində olan problemləri tapa bildiniz?
- Komandamız üçüncü dövrədə ən yaxşılardan idi. İçəridə olan problemləri özümüz müzakirə edirik. Həmin problemlər tapılıb. Bugünkü oyun da bunun nəticəsidir. (sportal.az)
"Real"ı tərk edə bilər
"Sumqayıt"da ciddi itki
Rekordunu təkrarladı
Nəriman ehtiyatda qaldı
Keyndən yeni rekord
"Real" onu göndərir
Alonso "Çelsi" ilə razılaşıb?
Şamaxıda vurulan 5 qol - Video
"Bavariya" çempionluğunu 5 qolla qeyd etdi
"Mövsüm bitdikdən sonra..." - Jorj Kaşkilya
İngiltərə Kubokunun qalibi "Mançester Siti" oldu
“Qarabağ” Avroliqaya vəsiqəni təmin edib
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
"Hakim qərarlarından qaynaqlanırdı" - Kurban Berdiyev
"Şamaxı"ya uğurlar arzulayıram" - Ayxan Abbasov
99 mükafat: 34 mövsüm, 21 komanda
"Şamaxı" "Turan Tovuz"a, "Qarabağ" "İmişli"yə qalib gəldi
Derbi matçına itki ilə çıxacaqlar
Dünya çempionatına gedəcəyi üçün ağladı - Video
"Arsenal" onu hədəfə aldı