“Yoldaşlıq görüşlərində cavan oyunçuları yoxlamaq lazımdır. Santuşun cavanlara da dəvət göndərməsi çox yaxşı haldır”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
Millimizin baş məşqçisi Fernandu Santuşun bu ay Haiti və Belarusla keçiriləcək yoldaşlıq matçları üçün dəvət göndərdiyi futbolçular arasında 3 gənc oyunçu var ki, onlar ilk dəfə yığmaya çağırılırlar. Bunlar “Neftçi”dən Ağadadaş Salyanski (21 yaş), “Sabah”dan Xəyal Əliyev (21 yaş) və 1-ci liqa təmsilçisi “Qəbələ”dən Şahin Şahniyarovdur (20 yaş).
Portuqaliyalı mütəxəssisin seçimini bəyəndiyini deyən A.Mircavadov qeyd edib ki, bu gənclərə oyun şansı da vermək lazımdır: “Xəyal Əliyev və Ağdadaş Salyanskinin oyununu U-21-in heyətində çıxış edəndə görmüşəm. Hər iki futbolçunun oyununu bəyənirəm. Xəyal çox çevik uşaqdır. Ağadadaşı da çox izləmişəm. Son illərdə bizdə belə ucaboy hücumçu olmayıb. Şahin Şahniyarovun oyununu isə görməmişəm. İstənilən halda belə oyunçulara dəvət göndərmək əladır. Amma bu futbolçulara dəvət göndərirsənsə, gərək o, “sönməsin”. Əsas odur ki, bu futbolçulara nə qədər oyun şansı veriləcək. Milliyə dəvət almaqla, oynamaq arasında fərq böyükdür. Dəvət alıb oynamırsa, bu, lazım deyil. Azərbaycanlı futbolçularda belə arxayınlıq da var ki, milliyə dəvət alırlarsa, qane olurlar. Amma təkcə milliyə düşmək yox, həm də komandanın əsas üzvünə çevrilməyi düşünməlidirlər. Yeni oyunçulara mütləq şans verilməlidir. Matçın gedişatından asılı olaraq müəyyən qədər oynamalıdırlar. Əgər milliyə çağırılır və oynamırsa, onda oyun təcrübəsindən əziyyət çəkəcək”.
Millimizin sabiq çalışdırıcısı ilk dəfə 1-ci liqadan əsas milliyə futbolçu çağırılmasına da toxunub. O, həmin liqadan oyunçu seçməyin asan olmadığını deyib: “Santuşun 1-ci liqa oyunlarını izlədiyini mən də görmüşəm. Bu, yaxşı haldır. Birinci liqa oyunlarına mütəmadi olaraq baxmaq lazımdır. Amma təəssüf ki, 1-ci liqada şərait yoxdur. Keyfiyyətsiz meydançalar, azarkeşsiz tribunalar… Ürəkaçan deyil. 1-ci liqa ilə Premyer Liqa arasında fərq həddindən çoxdur. Bu qədər fərq olmamalıdır. Ona görə də 1-ci liqadan milliyə oyunçu dəvət etmək çətindir”.
A.Mircavadov millinin çalışdırıcısı Fernandu Santuşun gələcəyin komandasını qurmaq istəməsi ilə bağlı fikirlərinə də münasibət bildirib: “Gəncləşmə əlində yaxşı gənc futbolçuların olanda olur. O futbolçular da aşağı yaş qruplarından gəlir. Yaxşı uşaqlar var. Sadəcə, onları oyunlarda “açmaq” lazımdır. Bunu klublar etməlidir. Bu, mənim qanunum deyil, aksiomadır. Ona görə də ən birinci iş klubları üzərinə düşür”.
Ramiq Ağaməmmədov
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi