"Qarabağ"ın futbolçusu Bədavi Hüseynov Misli Premyer Liqasının 23-cü turunda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, "CBC Sport"a verdiyi açıqlamada deyib:
"Bəzən qırmızı vərəqə planları pozur. Amma stadionda əla ab-hava var idi. Azarkeşlər bizi motivasiya edirdilər, heç kim təslim olmaq istəmirdi. Xoşbəxtlikdən heç bir insident yaşanmadı. Baxmayaraq ki, matçda gərginlik hiss olunurdu. Penalti olmasa idi, yəqin ki, matç heç-heçə bitəcəkdi. Yaxşı ki, qol vura bildik. Medinanın provokasiyalara meyilli olması insanlara maraqlı gəlir. Amma biz belə şeyləri xoşlamırıq".
Millimizin müdafiəçisi gələcək planlarından danışıb: "Karyeramı "Qarabağ"da bitirmək istəyirəm. Özümü başqa komandada təsəvvür etmirəm. Çünki bura mənim evimdir. Hər il daha çox oynamaq istəyirəm. Futbolu bitirmək fikrim yoxdur. Karyeram sürətlə keçib gedir, amma bütün gücümü "Qarabağ"a vermək niyyətindəyəm.
B. Hüseynov növbəti mövsümdən legioner limitinin ləğv olunması qərarından da söz açıb: "Limit məsələsi maraqlı mövzudur və geniş müzakirə tələb edir. Aydındır ki, bu qərar bəzi oyunçuların şanslarını məhdudlaşdıracaq. Hər kəs bunun fərqindədir, amma bu qərara anlayışla yanaşmaq və daha çox çalışmaq lazımdır. Məncə, bu addım yerli futbolçuların keyfiyyətini artırmaq məqsədi daşıyır. Bu, uzun müzakirə mövzusudur. Başqa bir gün daha ətraflı müzakirə etmək olar".
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi