"Qarabağ" Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev klubun rəsmi saytına müsahibə verib.
QOL.az xəbər verir ki, o, aşağı yaş qrupları üzrə komandalarda görülən işlər və qarşıdakı planlar barədə danışıb:
- 2025-ci ilin ilk ayı arxada qalıb. Akademiyanın komandaları liqalarda mövsümün ikinci hissəsinə start verib. Onların ilin əvvəlindəki durumunu necə qiymətləndirirsiniz?
- Akademiyanın komandaları hazırlığı və mövsümün ikinci hissəsində mübarizəni davam etdirirlər. Qış fasiləsinə qədər olan dövrdə əksər futbolçularımız bir yaş böyüklərdən ibarət komandalarda forma geyinirdi. Hətta yoxlama görüşlərində əsas komandaya da qoşulan yetirmələrimiz də oldu. Onların inkişafı üçün addımlar atılır. Bu, dayanmadan davam etməlidir. Klub və akademiya rəhbərliyi mövsümün ikinci hissəsində də komandaların, futbolçuların, məşqçilərin inkişafı üçün lazım olan hər şeyi edəcək.
- Ümumiyyətlə, akademiyanın komandaları qış fasiləsini necə keçiriblər? Onları həlledici oyunlara tam hazır saymaq olar?
- Qış fasiləsi o qədər uzun olmadı. 10 günlük istirahətdən sonra hazırlıqlara başladıq. Komandalarımız mövsümün ikinci - həlledici hissəsində özlərini yaxşı tərəfdən göstərirlər. Futbolçuların mövsümün həlledici oyunlarına daha yaxşı hazır olması üçün əlimizdən gələni edirik, onların maariflənməsi, formalarını yaxşılaşdırmasına çalışırıq. Ümumilikdə bütün liqalarda çempionatlın sonuna kimi yaxşı temp yığmalıyıq. Çünki həlledici məqamlarda hazır olmaq daha önəmlidir.
- Hazırda zonalar üzrə deyil, bir qrupda çıxış edən U-19, U-17, U-16 və U-15 çempionluq mübarizəsi aparır. Komandalarımızın şanslarını necə dəyərləndirirsiniz?
- U-15 və U-16 mayda pley-off mərhələsində oynayacaqlar. Onların nəticələri nə qədər önəmli olsa da, inkişafları daha vacibdir. Futbolçuların növbəti mövsüm üçün daha yüksək yaş qruplarında oynamağa hazır olması çox vacibdir. Bu yaş qruplarından bir futbolçumuz artıq əsas komanda ilə hazırlıq keçir. Əsas məqsədimiz onları qısa zamanda böyük futbola çatdırmaq, istedadlarını açmaq üçün şərait yaratmaqdır. Təbii ki, mayda pley-offda nəticələr yaxşı olanda biz də sevinirik. Amma əsasən futbolçuların daha yüksək yaş qruplarına hazır olmasına fokuslanmışıq. U-17 və U-19 komandaları üçün uzun müddətdir seleksiya aparılır. Bu yaş qruplarında kənardan futbolçu cəlb etmək çox çətindir. Ona görə əlimizdə olan heyətlə nəticələrin daha yaxşı olmasına çalışırıq. Ən önəmlisi bu futbolçuları əvəzedici və əsas heyət üçün yetişdirməkdir. Artıq bir neçə futbolçumuz əsas, bəziləri əvəzedici komandanın məşqlərinə qoşulurlar. Bizi daha çox onların peşəkar futbola qədəm qoymaları maraqlandırır.
- Qarşıda akademiyanın komandalarını hansı beynəlxalq turnirlər gözləyir?
- Bir çox ölkələrdə qışa qədər turnirlər keçirilmir. Qarşıda qatıla biləcəyimiz bir sıra turnirlərlə bağlı danışıqlar aparırıq. Bu yarışların təşkilatı işləri başa çatıb və təsdiq gözləyirik. Bir neçə komandamız yaya qədər beynəlxalq turnirlərdə iştirak edə bilər. Yaxın müddətdə bu komandalar və turnirlər dəqiqləşəcək. İldən-ilə qatıldığımız turnirlərin səviyyəsinin yüksəlməsi barədə düşünürük. Bu il ötən ilki ilə müqayisədə daha keyfiyyətli yarışlara qatılmağa qərar vermişik. Futbolçularımız və məşqçilərimiz bu sınaqlardan çox yaxşı təcrübə qazana bilərlər.
- Akademiyanın mövsümün ikinci hissəsi üçün planları necədir?
- Akademiyada mövsümü hissələrə bölmək deyil, sistematik iş barədə düşünürük. Bu ildən oyun üslubumuzun sistemli olması istiqamətində addımlar atmışıq. Bu bütün yaş qrupları üzrə komandalarımızla bağlıdır. Bunu mövsümün ikinci hissəsində də davam etdirməyi planlaşdırırıq.
- Akademiya ilə bağlı hansı yeniliklər nəzərdə tutulub?
- Bütün akademiyanın indi eyni məkanda – “Sərhədçi” İdman Mərkəzinə köçürülməsi planlaşdırılır. Bunun gerçəkkləşməsini istəyirik ki, bütün komandalar nəzarət altında və bir yerdə olsun. Amma meydança amili var. Bir meydança ilə çox çətin olur. Kiçik ikinci meydançanın istifadəmizə verilməsi müzakirə olunur. Bundan sonra akademiyanın eyni məkanda olması işimizin keyfiyyətini artıra bilər.
- Uzun illərdir Azərbaycan millisinin özəyini “Qarabağ”ın futbolçuları təşkil edir. Aşağı yaş qrupları üzrə yığmalarda vəziyyət necədir?
- “Qarabağ” futbolçuları milli komandanın özəyini təşkil edir. Son 2 ildə akademiyadan da kifayət qədər oyunçu yığmalara dəvət alır. Qısa müddətdə bu rəqəm təxminən ikiqat artıb. Əvvəl akademiyamız millilərə 16-18 futbolçu verirdisə, indi bu rəqəm 32-33-ə çatır. Bu, bizi sevindirir. Akademiyanın ölkə futboluna fayda verməsi önəmlidir. Onların sabit çıxışı, həm klub, həm millidə oynamağa indidən öyrəşməsi vacibdir. Buna görə də biz daim millilərin məşqçiləri ilə sıx əlaqədə oluruq və belə davam edəcəyik.
- Milli komandalardakı futbolçuların sayındakı artımı nə ilə izah etmək olar?
- Belə artım bu müddətdə görülən məqsədyönlü işlərin nəticəsində mümkün olub. Yaxşı seleksiya işləri aparılıb. Bütün yaş qrupları üzrə istedadlı futbolçuların akademiyamıza cəlb edilməsi üçün xeyli əməli addımlar atılıb. Bu seleksiya işləri həm Bakıda, həm regionlarda aparılıb. Yığmalardakı təmsilçilərimizin sayındakı artıma səbəb olan ikinci amil bu futbolçularla aparılan yaxşı işdir. Məşqçilər korpusu da xeyli yaxşılaşdırılıb. Artıq akademiyamızda Pro kateqoriyalı 3 məşqçi çalışır. Bu da bir akademiya üçün kifayət qədər yüksək göstəricidir. A, B və C lisenziyası olan xeyli məşqçilərimiz var. Onların işə yanaşması, futbolçularla apardığı işlər də öz müsbət təsirini göstərir. Digər amil isə şəraitin yaxşılaşdırılmasıdır. Komandalarımız beynəlxalq turnirlərə göndərilib. Bu da futbolçuların istər dünyagörüşü, istər oyun keyfiyyətlərinin artmasına təsir göstərir. Təlim-məşq bazamızda müəyyən müsbət işlər görülüb, texnologiyanı inkişaf etdirməyə çalışmışıq. Bunların hər biri dəstəkləyici amillərdir.
- Hazırda müxtəlif yaş qrupları üzrə yığmalarda çıxış edən oyunçulardan nə qədərini gələcəkdə əsas millidə görə biləcəyimizi düşünürsünüz?
- Sırf istedad və yanaşma baxımından bu futbolçuların hər biri A milli komandaya qədər yüksələ bilər. Bir neçə oyunçumuz da var ki, fiziki cəhətdən geri qaldıqları üçün millilərə dəvət almırlar. Amma biz onların potensialına bələdik, şübhəmiz yoxdur. Onlara bunun üçün lazım olan vaxtı vermişik və inkişaflarına təkan olmağa çalışırıq ki, bu oyunçuları milli komandalarımıza qazandıra bilək. Bundan əlavə, futbolçuların A milli komandaya qalxması üçün təkcə mənim, “Qarabağ” akademiyasının imkanları kifayət etmir. Bunun üçün həm çıxış etdikləri aşağı yaş qrupları üzrə yığmalar, həm peşəkar karyeralarını quracaqları klubların rolu olacaq. Bu klublar “Qarabağ” da, digərləri də ola bilər. Təbii ki, bu qədər futbolçunun hamısı “Qarabağ”ın əsas komandasında oynamayacaq, başqa klublarda da çıxış edəcək. Yəni bir futbolçunun əsas milliyə yüksəlməsi üçün kənar amillər də rol oynayır. Onun özü, klubu, rəqabət mühiti, ailəsi və digər amillər futbolçunun inkişafında müstəsna rola malikdir. Bunların hamısı bir yerdə toplanarsa, bu istedadlı futbolçularımızın əksəriyyətini əsas yığmada görə bilərik.
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov
"Komanda haqda mənfi söz deyə bilmərəm" - Veliçko Kaplanoviç
"Kubokdan sonra oynamaq asan deyildi" - Valdas Dambrauskas
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
“Sabah” - “Neftçi” matçında dava düşdü
"Neftçi" Konfrans liqasına vəsiqəni təmin etdi
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi
61 ildən sonra çempion oldular
"Real"ı tərk edə bilər
"Sumqayıt"da ciddi itki
“Beşiktaş” 2 milyonluq bonusdan məhrum oldu
Rekordunu təkrarladı
Vurduğu qol ilə transferini rəsmiləşdirdi
"Sabah" - "Neftçi": Heyətlər açıqlandı
"Zirə" - "Sumqayıt": Heyətlər
"Yuventus" uduzub 6-cı pilləyə düşdü
Cənubi Koreya millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Qvardiola "Mançester Siti"dən ayrılır
Bundesliqanın ən yaxşı oyunçusu seçildi
İngiltərə kubokunun tarixinə düşdü
Xabi Alonsonun təyinatı açıqlandı - Rəsmi
Nəriman ehtiyatda qaldı
Harri Keynin növbəti het-triki - Video
Azərbaycan cüdoçularından Avropa Kubokunda uğurlu start
Qvardiola Ferqyusonun rekordunu təkrarladı
14 mövsüm sonra yenidən La Liqada
Cəlal Hüseynov dayanmaq bilmir, yenə qol vurdu - Video
Mourinyo: “Qalma ehtimalım 99 faizdir”
Keyndən yeni rekord
"Real" onu göndərir
Alonso "Çelsi" ilə razılaşıb?
Şamaxıda vurulan 5 qol - Video