“Yanvarın ilk günlərindən komanda bir yerə yığılıb və məşqlərə başlamışıq. Hazırlıq prosesində qarşıya qoyduğumuz planları həyata keçirməyə çalışırıq”.
QOL.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
O, qış təlim-məşq toplanışının yaxşı keçdiyini əlavə edib:“Şükürlər olsun ki, zədəsiz şəkildə məşqləri davam etdiririk. Ən vacib məqamlardan biri budur. Uşaqların məşqlərdə göstərdikləri performans xoşuma gəlir. Səylə çalışırlar. Bu formada davam edirik. Ayın 13-nə kimi bəzi fiziki yükləmələri bitirəcəyik. Çempionat oyununa bir həftə qalmış komanda hazır olmalıdı”.
Azər Bağırov “Qarabağ”a qarşı keçirilən yoxlama oyunu (1:5) barədə də fikirlərini bölüşüb: “Meydana hər iki hissədə fərqli heyəti buraxmışdıq. Futbolçularımızın daha çox təzyiqdə oynamasını istəyirdik. Hamının 45 dəqiqə meydanda olmasına baxmayaraq yükləmələri daha çox götürməsi vacib idi. Bilirsiniz ki, heyətimiz elə də geniş deyil. Ona görə oyunçuların belə vəziyyətdə mübarizə aparması düşünülmüşdü. Bu, onların həm fiziki, həm də mənəvi tərəfdən performansını yaxşılaşdırması üçün idi. Məncə, futbolçular özlərini yaxşı tərəfdən göstərdilər, mübarizədən xoşum gəldi”.
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu