Nesta ilə yolları ayırdılar - Rəsmi

Nesta ilə yolları ayırdılar - Rəsmi
DÜNYA FUTBOLU 23 Dekabr 2024 / 19:35 1537
-  A +

A seriyası təmsilçisi "Montsa" baş məşqçisi Alessandro Nesta ilə yolları ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssis komandanın uğursuz çıxışına görə vəzifəsindən kənarlaşdırılıb.

 "Montsa" 17 oyundan sonra 10 xalla turnir cədvəlində sonuncu - 20-cidir. Komanda bu mövsüm Nestanın rəhbərliyi altında cəmi 1 qələbə qazanıb.

Qeyd edək ki, İtaliya millisi və "Milan"ın sabiq üzvü mövsümün əvvəlindən "Montsa"nı çalışdırırdı. 


Son xəbərlər
23.12.24  15:50

Mançini peşmandır

23.12.24  09:00

Mourinyoya nə olub?