ABŞ-nin "Inter Mayami" futbol klubunun əfsanəvi oyunçusu Lionel Messi və komanda yoldaşları Luis Suarez, Serxio Buskets (Sergio Busquets) və Xordi Albanın (Jordi Alba) Bakı Kristal Zalında fanatları ilə görüşünə həsr olunan əyləncəli mərasim keçirilib.
QOL.az-a APA-ya istinadən xəbər verir ki, tədbirin aparıcısı Murad Dadaşovun dəvəti ilə əvvəlcə səhnədə "Natiq" ritm qrupu görünüb.
Onların çıxışından sonra müğənni Willy William tamaşaçıların qarşısına çıxıb.
Fanatlar həm onun ifalarını, həm də DJ-in performansını çoşğu ilə qarşılayıblar.
Bunun ardınca onun futbolçu karyerasına həsr olunan "Argentina futbolunun xilaskarı" sənədli filmi nümayiş etdirilib. Ekran işində Messinin karyerasında futbol əfsanəsi Dieqo Maradonanın rolundan və ona göstərdiyi dəstəkdən də bəhs olunur. Film yekunlaşdıqdan sonra Lionel Messi və onunla eyni komandada çıxış edən Xordi Alba, Serxio Busqests və Luis Suarez səhnəyə çıxıblar.
Aparıcı aparıcı Murad Dadaşov 44 günlük Vətən müharibəsi zamanı qəhrəmanlıq dastanı yazan şəhidlərimizin övladlarını da səhnəyə dəvət edib. Onlarla əfsanəvi futbolçuların görüşündən sonra xatirə fotosu çəkdirilib.
Sonda tamaşaçılara tərəf əfsanəvi futbolçuların imzaları olan futbol topları atılıb.
"Bakıya səfərimdə Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmaq imkanı qazandım” - deyə Bakı Kristal Zalında fanatları ilə görüşü zamanı əfsanəvi futbolçu Lionel Messi bildirib.
“Mən öz komanda yoldaşlarım adından bu görüşün təşkilinə görə hər kəsə təşəkkür edirəm", - futbolçu vurğulayıb.


Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu