UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Dinamo"nun (Xorvatiya) baş məşqçisi Sergey Yakiroviç Ağdam klubu ilə bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında "Qarabağ"ın 3-cü təsnifat mərhələsində "Ludoqorets"i (Bolqarıstan) mübarizdən kənarlaşdırmasından (1:2, 7:2) danışıb və bu rəqibə qarşı çox ciddi hazırlaşacaqlarını bildirib:
"Transfermarkta baxarkən hər iki komandanın qiymətini görəndə düşünmək olardı ki, "Ludoqorets" favoritdir. Amma meydana çıxana və oyun başlayana qədər belə olur. "Ludoqorets"in oyunu öz əllərində idi. Ancaq öz səhvlərindən uduzdular. Mənim üçün “Qarabağ” əvvəldən daha yaxşı və mütəşəkkil komandadır. Onlar taktiki cəhətdən meydanda daha yaxşı, çox təhlükəli, sürətli və texnikalıdırlar. Şübhəsiz ki, rəqibi mümkün qədər yaxşı analiz etməyə çalışırıq. Hər iki oyuna düzgün və ciddi hazırlaşmalıyıq. Hər bir detal çox vacib olacaq. Ümid edirəm ki, azarkeş izdihamının köməyi ilə ilk oyunda üstünlük qazanacağıq".
Xatırladaq ki, "Dinamo" ilə "Qarabağ" arasında ilk oyun avqustun 20-si Zaqrebdə, cavab matçı avqustun 28-si Bakıda keçiriləcək.
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
UEFA milli komandalar üçün yeni format müəyyənləşdirdi
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri
11 illik dövrün sonu
Noyer mundialı buraxa bilər
Artetadan Premyer Liqa tarixinin rekordu
İsveçrə millisi DÇ-2026-ya bu heyətlə yollanır