Qarabağ atları başqa at növlərindən çox fərqlənir. Məsələn, gözəllikdə ərəb atıdı və qısa məsafədə ərəb atları Qarabağ atlarını keçirlər. Amma uzaq məsafədə Qarabağ atları ərəb atlarına deyirlər ki, sən bir nəfəsini al, gəlirik. Bu da onların sinələrinin daha geniş olması ilə bağlıdır.
Qarabağ atlarının başqa atlardan bir fərqi də odur ki, Qarabağ atları döyüş atlarıdır, çevikdir, düşmənin zərbələrindən yayınıb çıxa bilir. Eyni zamanda üstündəki döyüşçü ilə bərabər savaşır, həm qabaq ayaqları ilə, həm də ağızları ilə düşməni parçalayır.
"Nəsimi" filmində belə bir yer var ey: "Mən sənə at ağızlı oğlanlar vermişdim". Bu ifadə də ordan gəlir.

İndi "Qarabağ" Çempionlar Liqasının üçüncü təsnifat turunda Bakıda uduzmağına baxmayaraq, Bolqarıstanda "Ludoqorets" komandası ilə Qarabağın ayğırları kimi döyüşdülər. Son nəfəsədək çarpışdılar və möcüzə göstərdilər. Rəqib komandanın qapısına onun öz meydançasında 7 top vurdular.
7-ci top vurulanda şərhçimiz çox gözəl bir söz dedi:
- Yeddi oldular, bəy!
Qurban Qurbanov həm oyunun əvvəlində uduzanda, həm də sonra dönüş yaradıb qələbə qolları vurulanda yenə həmişəki kimi özünü təmkinli aparırdı.
Qurban xoca bir məktəbdir. Bu məktəbin nə sirri varsa, bircə özü bilir. Qurban xocanın məktəbində ən zəif oyunçusu da qısa bir müddətdə ulduza çevrilir.
Bu məktəbi atıb gedənlər başqa komandalarda oyun göstərə bilmirlər və getmələrinə də peşman olurlar. Çünki həmin komandaların müəllimləri
Qurban xoca ola bilməzlər.
Xocamızı ürəkdən təbrik edirəm, eləcə də bütün yetirmələrini.
Eyni zamanda klubun prezidenti Tahir Gözəli və direktoru Emrah Çelikeli də təbrik edirəm.
Tanrı "Qarabağ"ımızı qorusun! Tanrı Qurban Qurbanovu qorusun!
Tanrı həmişə yar və yardımçıları olsun!
Aqil Abbas
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons