Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında 8-ci gündür.
QOL.az xəbər verir ki, bu gün Azərbaycanın 2 idmançısı və 3x3 basketbol millisi mübarizə aparacaq.
Akademik avarçəkmə
Təmsilçimiz Diana Dımçenko C finalında 13-18-ci yerlər uğrunda mübarizə aparacaq. O, Leçuqa Alenis Kenia (Meksika), Badenhorst Peyc (Cənubi Afrika), Arsik Covana (Serbiya), Konstansek Nina (Sloveniya) və Çuna Tavares Kardoso Beatrizə (Brazilya) qarşı yarışacaq.
Bu idman növündə yarışlar saat 11:30-da start götürəcək.
Üzgüçülük
Bu gün Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə sərbəst üsulla üzmək üzrə təsnifat mərhələsinə qatılacaq. Məryəm 6-cı yarımqrupda mübarizə aparacaq.
Üzgüçülük yarışları saat 13:00-da başlayacaq.
3x3 basketbol
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi bu gün qrupda son oyununa çıxacaq. Komandamız 7-ci turda Kanada ilə üz-üzə gələcək. Hazırda Kanada millisi sıralamada 2-ci, Azərbaycan komandası isə 6-cıdır.
Pley-offa vəsiqə qazanmaq baxımından bu matç Azərbaycan millisi üçün çox vacibdir. Əgər millimiz Kanadanı üstələsə, pley-offa adlayacaq. Komandamız uduzsa, 5-ci pillədəki ABŞ-ın 7-ci yerdəki Çini məğlub etməsini gözləməli olacaq.
Qeyd edək ki, basketbol millimiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub, ABŞ-a 20:17, Çinə isə 21:19 hesabı ilə qalib gəlib.
Azərbaycan - Kanada oyunu saat 19:30-da start götürəcək.
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər - Şərtlər