"Azərbaycana mənə bu şansı yaratdığı üçün təşəkkürümü bildirirəm. Bu medal mənim üçün qızıla bərabərdir. Azərbaycan Güləş Federasiyasına, məşqçilərimizə, həkim və masajçımıza, sparrinqlərimə minnətdaram. Hər kəsə çox sağ ol deyirəm".
QOL.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili deyib.
"Biz bir komandayıq. Bir ailəyik. Azərbaycanı öz doğma vətənim sayıram. Burada özümü qonaq kimi hiss etmirəm. Yarımfinalda məğlub olduğum Geno Petriaşvili çox güclü idmançıdır. Bunu finalda da göstərdi. Onu da təbrik edirəm. Bu dəfə bürünc medal qazandım. Artıq indidən növbəti yarışa çıxmağı səbirsizliklə gözləyirəm. Özümü buna tam kökləmişəm" - deyə o bildirib.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə