Bu gün Fransanın paytaxrı Parisdə keçirilən Yay Olimpiya Oyunlarına yekun vurulacaq.
QOL.az xəbər verir ki, sonuncu gündə Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq. Sərbəst güləşçimiz Maqomedxan Maqomedov bürünc medal uğrunda yarışacaq.
Onun rəqibi təsəlliverici qarşılaşmalardan sonra müəyyənləşəcək. Görüşün 13:30-da başlaması nəzərdə tutulub.
Qeyd edək ki, yarışlarda indiyədək idmançılarımız 6 medal qazanıblar. Cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıblar.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə