"Hazırlığımız pis alınmadı. Toplanışı iki hissəyə böldük, birincisi Bakıda, ikinci hissəsi Avstriyada baş tutdu. Futbolçulardan razı qaldım. Çox həvəsli idilər. Bəlkə bir oyun da əlavə keçirsəydik, daha yaxşı olardı".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirdiyi brifinqdə deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaqları "Linkoln" (Cəbəllütariq) barədə danışarkən deyib ki, indiki komanda ötən il məğlub etdikləri rəqibdən fərqlənir: "Ötən illə müqayisədə rəqibin heyətində dəyişikliklər var. Əsas heyətdə 5 yeni oyunçu çıxış edir. Oyun sistemlərini daha da yaxşılaşdırıblar. "Linkoln" bərk komandadır. Süni örtüklü meydanda oynayırlar. Bu isə bizim üçün o qədər də xoş olmayacaq. Keçən il də səfər matçında çətinliklə üzləmişdik. Kənardan sanki rəqibə rahat şəkildə qalib gələcəyimiz görünürdü. Tam əksi oldu. Çox çətinlik çəkdik. Matça ciddi yanaşmalıyıq. Rəqib bunu tələb edir".
Qurbanov qapı xətti barədə bunları söyləyib: "Şahruddin komandaya bir az gec qoşuldu, hələ tam hazır deyil. Buntiç isə yaxşı adaptasiya keçdi. Hazırlığı da pis deyil. Ümumən qapıçılardan razıyam".
"Qarabağ"ın çalışdırıcısı tansfer çalışmalarının davam etdiyini vurğulayıb: "Oyuna hazırlaşmaqla bərabər, transfer işlərimizi də davam etdiririk. Oyunçulara baxırıq, bəzilərinin özləri, eləcə də klubları ilə danışıqlar aparırıq. Bu, ilboyu gedən prosesdir".
O, əsasən hücum xəttini gücləndirmək istədiklərini söyləyib: "Eləcə də müdafiə xətti üçün də axtarışlarımız davam edir".
Qurbanov "Linkoln"un üstünlüyünün rəsmi oyun keçirmək olduğunu qeyd edib: "Bizdən fərqli olaraq onlar 2 rəsmi oyun keçiriblər. Bu, onlar üçün üstünlükdür. Amma biz də hazırıq".
"Mahir Emreli məsələsi "Qarabağ" üçün qapanıb, yoxsa hələ onun qayıtma ehtimalı var?" sualını Qurbanov belə cavablandırıb: "Qapanıb demək düzgün olmazdı. Amma danışığımız da olmayıb. Mahirin "Qarabağ"a geri qayıtması ilə bağlı danışıq aparmamışıq".
Q.Qurbanov digər avrokubok təmsilçilərimizə də uğurlar arzulayıb: "Avrokuboklarda hər bir qələbə, mərhələ adlamaq bizim üçün çox vacibdir. Xüsusilə bu vaxtlarda. Ölkə və klub reytinqi, təcrübə qazanmaq, azarkeşləri stadiona cəlb etmək baxımından. Hər bir komandamıza inanır, güvənirəm. Onlara uğurlar arzulayıram. İnanıram ki, həm "Sumqayıt", həm "Sabah" öz uğurlu oyunları ilə yaxşı nəticələr əldə edəcəklər. "Zirə"nin "Şerif"lə oyununa toxunsaq, qalibiyyət onların tərəfində idi. Amma bir anda hər şey dəyişdi. Halbuki ikinci mərhələnin bir addımlığında idilər. Elə bu oyun digər klublarımıza da böyük inam verdi ki, hər bir rəqibə qarşı oynamaq olar".
O, "Neftçi"nin Roman Qriqorçuk, "Turan Tovuz"un isə Kurban Berdıyevlə anlaşmasına normal yanaşdığını bildirib: "Xoş gəliblər. Hər birinə uğurlar arzulayıram. Dəyişikliklər oldu. Həm məşqçilər, həm klublar, həm də azarkeşlər üçün faydalı olar. İşimiz çox olacaq".
Mütəxəssis Kadi Borgesin "Qarabağ"a keçidinin alınmamasına da toxunub: "Krasnodar"ın mövqeyini normal qarşıladım. Baxmayaraq ki, xeyli danışıqlar getdi. Məncə, hər bir detala toxunmağa ehtiyac yoxdur. Sadəcə belə hallar olur. Qarşıda bəlkə daha da fərqli hallar olacaq. Bəzən ortaya fərqli fikirlər çıxır. Dünya futbolunda da görürsən ki, hamı oyunçunun bir komandaya keçidini gözləyir, amma son anda keçid baş tutmur. Düzü, heç də üzülmədim. Hər bir şeydə xeyir var".
Premyer Liqa klubları koreyalı futbolçunu hədəfə aldı
UEFA-dan "Fənərbaxça"ya qadağa
"Aston Villa" yenidən ona göz dikdi
16 yaşlı futbolçu vəfat etdi
"Fənərbaxça" - "Nottingem Forest" Heyətlər
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
"İnter" rəqibin stadionunu sərt tənqid etdi
Şəhriyar Məmmədyarov finalda
Kurtua Fransa klubunun səhmdarı olacaq
"Milan"ın müdafiəçisi sıradan çıxdı
"Qarabağ"a 4 qol vurdu, həftənin ən yaxşı oyunçusu seçildi
“Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı qələbə
"Kluba baş məşqçilik etmək yanlış qərar idi"
"Yuventus"dan "Olimpik"ə keçə bilər
“Qarabağ”da şok itki - Mövsümü başa vurdu
1-ci liqada növbəti həftənin hakimləri
“Şəfa” büdrədi, “Zaqatala” və “Şahdağ Qusar”dan qələbə
Liderlərin dueli ona tapşırıldı
Millimizdə yeni məşqçi
Azərbaycan millisi 7 qolla uduzdu
Misli Premyer Liqasında 21-ci turun hakimləri açıqlandı
"Lester"də yeni baş məşqçi
"Bodo/Qlimt"in baş məşqçisi: "Bu gün bir az şanslı idik"
Kivu sensasiyalı məğlubiyyətdən danışdı
"Nyukasl" azarkeşləri Azərbaycan xalqına təşəkkür etdi
Sabiq "Neftçi"li Özbəkistan klubunda
Marselonun oğlu İspaniya millisində ilk titulunu qazandı
Bugünkü avrokubok oyunlarını yayımlayacaq kanallar
Qurban Qurbanov əsəbiləşəndə onlar nəyə gülürdü? - Video
Tanınmış futbolçu klubsuz qaldı
"Sən axmaq və dünənki uşaqsan!" - Qalmaqal
"Mançester Siti" 5-ci diviziona düşmək təhlükəsi ilə üz-üzə
Dramatik oyundakı 6 qol - Video
Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər
Əfsanəvi futbolçu “Qarabağ”ı sərt tənqid etdi
"Arsenal"da nə baş verir? - "Bu zərbəni qəbul etməliyik"
"Marsel"in yeni baş məşqçisi açıqlandı
"Bodo/Qlimt" "İnter"ə belə qalib gəldi - Video
4 qol vurdu, “Qarabağ” yaxşı komandadır” dedi
“Qarabağ”ın qapıçısı ÇL-də TOP-3-lüyə düşdü
"Qarabağ"ın "Nyukasl"a məğlubiyyəti - Video
“Qarabağ” heç də zəif deyil“ - Eddi Hau