Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz davam edir. Layihə çərçivəsində növbəti həmsöhbətimiz “Sabah” Futbol Akademiyasının U-12 komandasının baş məşqçisi Məhərrəm Müslümzadə oldu.
O, əvvəlcə məşqçiliyə gəlişi haqda danışıb: “Məşqçiliyə gəlişim 2014-cü ildə olub. Məşqçi müəllim kimi “Vətən” Futbol Məktəbində başlamışam. Zədə səbəbindən məcbur oldum ki, futbolu 22 yaşımda atım. Bundan sonra özümü məşqçilikdə sınamağa qərar verdim. 2014-cü ildə “Vətən” Futbol Məktəbində çalışdıqda müxtəlif yaş qruplarında işlədim. Ondan sonra 2017-ci ildə “Sabah” Futbol Klubu yarandı. O zaman “Sabah” 1-ci divizionda oynayırdı. Mən “Sabah” Futbol Klubunun ilk məşqçilərind'n biriyəm. Klubun ilk məşqçisi Arif Əsədov idi və mən də məşqçilər korpusunda yer aldım. Bir il 1-ci divizionda çalışdım. Klub Premyer Liqaya vəsiqə qazanandan sonra “Sabah” Futbol Akademiyasının müxtəlif yaş qruplarında çalışmağa başladım. 15, 16 və 17 yaşlılarda köməkçi məşqçi kimi işlədim. Sonra isə hardasa 4-5 il bundan qabaq 2012-ci il təvəllüdlü uşaqlar komandasına baş məşqçi təyin olundum. O gündən 2012-ci il təvəllüdlü uşaqların baş məşqçisiyəm”.
Məhərrəm Müslümzadə
M. Müslümzadə “Sabah”a gəlişindən də söz açıb: “Demək olar ki, “Sabah” Futbol Klubu yaranandan mən burada işləyirəm. Ümumiyyətlə, futbol akademiyamız bu gün ən yaxşılar sırasındadır. Çünki klubun uşaq futboluna diqqəti, yəqin ki, tək mən yox, hər kəs tərəfindən rəğbətlə qarşılanır. Demək olar ki, hər yaş qrupumuzun ildə bir-iki dəfə xaricə yollanması, klubun akademiyaya olan diqqətini göstərir. Əlbəttə ki, çatışmayan məqamlar da var. Amma ümumilikdə götürsək, “Sabah” Futbol Akademiyası Azərbaycanın, deyərdim ki, bir nömrəli uşaq futbol akademiyasıdır”.
O, gənc məşqçi olmağın çoxlu müsbət tərəfləri olduğunu qeyd edib: “Mən məşqçiliyə başlayanda 22-23 yaşım var idi. Uşaq futbolunda çalışmağa başladım. Gənc məşqçi olmağın müsbət tərəfləri ondan ibarətdir ki, daha həvəsli, istəkli olursan, daim öyrətmək istəyirsən, daim uşaqlarla ünsiyyət qurmağa çalışırsan, onların gələcəkdə ilk olaraq şəxsiyyət kimi formalaşmasını istəyirsən və onların əsas komandalarda, Avropada oynamaqları üçün can atırsan. Gənc məşqçi olmağın müsbət tərəfi odur ki, həmişə işləməyə, yetişdirməyə, öyrətməyə “ac” olursan. Məncə, gənc yaşdan məşqçiliyə başlamağın müsbət tərəfləri çoxdur. Saydıqlarım da onların sırasındadır. Yaşdan asılı olmayaraq daim öyrənmək lazımdır. Gənc yaşda məşqçiliyə başlayanda bu daha da rahat olur, daha da hər şeyə açıq olursan”.
Həmsöhbətimiz “Sabah”ın Türkiyədə 12 yaşlılardan ibarət komandası ilə çempion olduğu beynəlxalq turnir haqda da danışıb: “Bu yaxınlarda Türkiyənin Rize şəhərində U-12 komandamızla "Yiğit Demirel" beynəlxalq turnirində iştirak etdik. Ümumiyyətlə, turnirin təşkilatçılığı, yanaşması, klubların səviyyəsi və turnirin ümumi ab-havası bizi çox razı saldı. Həm böyük bir təcrübə qazandıq, həm də uğur. Oradakı bazanın, akademiyanın şəraiti, infrastrukturu, gələn komandaların səviyyəsi adamı valeh etməyə bilməzdi. Biz də bu turnirdən maksimum yararlanmağa çalışdıq. Ümumiyyətlə, turnirdə 8 komanda iştirak edirdi. A və B qruplarında bölünürdük. Biz, demək olar ki, ən çətin qrup olan A qrupuna düşdük. Estoniyadan “Nömme Yunayted”, Gürcüstanda “Dinamo Batumi”, Azərbaycandan “Sabah” və Türkiyənin “Trabzonspor” klubları var idi. Biz qrup mərhələsini 3 oyun, 3 qələbə ilə birinci yerdə bitirdik. Qrup birincisi kimi “Gold Group”a qatıldıq. Qrup birinciləri və ikinciləri pley-off əvəzinə “Gold Group”a qatılaraq “Golden League” oynayırdılar. 4 qrup, 4 komanda yenidən bir biri ilə oynayırdı. Həmin oyunlarda ən çox xalı biz yığdıq. “Gold Group”da “Çaykur Rizespor”u 3:0, “Nömme Yunayted”i 2:0 hesabı ilə məğlub etdik. Bu iki oyunu qalib gəldikdən sonra çempionluğumuz rəsmiləşmişdi. Sonuncu “Samsunspor” ilə oyuna uşaqlar çempionluq ab-havası ilə çıxmışdılar deyə 0:2 məğlub olduq. Buna baxmayaraq, turniri çempion kimi başa vurduq. Bu turnir uşaqların gələcəyində böyük rol oynayır. Ümumiyyətlə, bu yaş qrupu ilə artıq 4-5 ildir ki, çalışırıq. Komanda istər Azərbaycanda, istər ölkə xaricində getdiyimiz yerdən, oynadığımız turnirdən asılı olmayaraq maksimum nəticə verib, birinci yeri tutub. Bu da bir məşqçini sevindirməyə bilməz. Yəni bu komandanın ikincilik yeri olmayıb, daim birincilərdən olub. Ümumiyyətlə, hər bir turnirin uşaqların gələcək inkişafı üçün böyük bir rolu olur. Ümid edirik ki, bu uşaqlar milli komandalarımızda, əsas komandamızda və Avropada oynayacaqlar. Ümidimiz böyükdür. İnşallah bu yolla da davam edəcəyik”.

M. Müslümzadə millidə və xarici klublarda oynamağa perspektivi olan uşaqların olduğunu qeyd edib: “Ümumiyyətlə, “Sabah” Futbol Akademiyasının bütün yaş qruplarında bu potensialı görmək mümkündür. Ümid edirik ki, akademiyamızın hər bir yaş qrupundan Kvaratsxeliyalar, Ardalar və daha yüksək səviyyəli futbolçular çıxacaq”.
O, xarici klubların akademiyaları ilə əlaqədə olduqlarından və bunun müsbət təsiri haqda danışıb: “Bayaq qeyd etdiyimiz kimi, turnirlər bir növ də onun üçün yaxşıdır ki, biz məşqçilər, akademiya koordinatorları, rəhbərləri xarici ölkələrin rəhbərləri ilə, koordinatorları ilə sıx əlaqə qururlar. Onlar bir-birlərini turnirlərə dəvət edirlər. Demək olar ki, hər bir turnirə gedəndə bizi xarici ölkələrdə növbəti turnirlərə dəvət edirlər. Bu da sevindirici haldır. Artıq bir neçə ölkənin akademiyası var ki, bizimlə sıx əməkdaşlıq edir. Bizi İspaniya, İtaliya, Belarus kimi ölkələrə turnirlərə çağırırlar. Demək olar ki, getdiyimiz hər turnirdə bizi digər ölkələrə dəvət edirlər və bizi orda gördüklərinə məmnun olduqlarını dilə gətirirlər. Bu da bir akademiya məşqçisi kimi adamı xoşbəxt edir”.
Gənc mütəxəssis uşaqlarla futboldan kənar söhbətlərin aparıldığını da bildirib: “Uşaqlarla daim söhbət edirik. Tək futbol yox, futboldan kənar söhbətlərimiz də olur. Çünki bir uşaq futbolçu kimi yetişməsi üçün meydança amilləri bəs etmir, meydançadan kənar amillər də var. Texniki, taktiki, fiziki aspektlərdən başqa bunun xüsusi ilə də psixoloji tərəfləri var. Futbolçu olmaq həqiqətən də ağır və məşəqqətli yoldur. Bu iş tək meydançada bitmir. İnsanın həyat tərzi, nizam-intizamı, idmançı gigiyenası, futbolçu qidalanması, yuxu rejimi da vacibdir. Bunların hamısı mütləqdir. Biz də çalışdığımız qədər bu söhbətləri mütəmadi olaraq uşaqlarımızla aparırıq. Onlara bəzi örnəklər də veririk ki, filan şeylərə nəzər yetirsək, bizdən gələcəkdə istənilən səviyyədə futbolçular çıxa bilər. Yoxsa ki, təkcə gəlib məşq edib gedəndə futbolçu olmur. Ona görə mütləq şəkildə meydançadan kənar amillər futbolçu olmaqda böyük rol oynayır. Bacardığımız qədər uşaqların təhsildən yayınmaması üçün əlimizdən gələni edirik. Təhsil də bizim formalaşmağımızda böyük önəm kəsb edir deyə uşaqlara bunu daima aşılayırıq. Demək olar ki, bizim komandada təhsillə, nizam-intizamla bağlı ciddi bir problem olmur. Bu da bizi sevindirir”.
M. Müslümzadə gələcək hədəfləri haqda da söz açıb: “Gələcək üçün əlbəttə ki, hər bir gənc məşqçinin özəl hədəfləri olur. Mənim də özümə uyğun hədəflərim var. Amma bu gün çalışdığım komandaya maksimum fayda vermək istəyirəm. Bu uşaqları gələcəkdə böyük klublarda, Avropada və milli komandalarda görmək istəyirəm. Bu hədəf üzərində də çalışıram. Qismət olsa, böyük yaş qruplarında çalışmaq istəyirəm, orda da özümü sınamaq fikrim var. Milli komandalarda da çalışmaq istəyərəm. Əlbəttə ki, gəncəm və mən də istəyərəm ki, ölkə xaricində özümü sınayım. Hədəflər, arzular və istəklər çoxdur. Amma bu arzular və hədəflər üçün danışmaq yox, sadəcə çalışmaq, çox çalışmaq və mütləq şəkildə istəmək lazımdır. İstəmək, arzu etmək bacarmağın yarısıdır. Ona görə də mən uşaqları necə öyrədirəmsə, özüm də günü-gündən öyrənmək, yeniliklər tapmaq istəyirəm".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
Millətlər Liqası başlayır
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər - Şərtlər
Musa Qurbanlı: "Bu oyundan dərs çıxarmalıyıq"
“Polşada xoşbəxtəm, məni yaxşı qəbul edirlər” - Mahir Emreli
"Tottenhem"də itki
Azərbaycan millisi Tacikistanı belə məğlub etdi - Video
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"