"İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində "Qaradağ Lökbatan"ı 3:2 hesabı ilə məğlub edərək 1/8 finala adladıqları oyun haqda danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis matçdan klubun mətbuat xidmətinə açıqlamasında "Qaradağ Lökbatan"ın da yaxşı oyun nümayiş etdirdiyini deyib:
“Bu, əsl kubok oyunu idi. Komandamız matça yaxşı başladı, erkən mərhələdə iki real qol imkanı yaratdıq, lakin bundan yararlana bilmədik. Rəqib isə çox şübhəli qərardan sonra təyin olunan penalti ilə hesabı açdı. Bu epizod komandada müəyyən gərginlik yaratdı və bir müddət təmkinimizi qorumaqda çətinlik çəkdik. Fasiləyə qədər hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı.
İkinci hissədə etdiyimiz dəyişikliklər oyuna yeni nəfəs gətirdi. Yaradılan qol imkanları çox idi, lakin top bir müddət sanki qapıya girmək istəmirdi. Buna baxmayaraq, sona qədər mübarizə apardıq və 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazandıq.
Xüsusilə “Qaradağ Lökbatan” komandasının oyununu qeyd etmək istərdim. Onlar da sona qədər mübarizə apardılar və layiqli rəqib oldular”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?