Argentina və Kanadadan qələbə

Argentina və Kanadadan qələbə
DÜNYA FUTBOLU 26 İyun 2024 / 09:58 2238
-  A +

Futbol üzrə Amerika Kubokunda 2-ci tura start verilib.

QOL.az xəbər verir ki, A qrupunda Kanada Peru ilə qarşılaşıb. Matç Kanadanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 74-cü dəqiqədə Conatan Devid vurub. 

Qrupun digər matçında isə Argentina millisi Çili üzərində eyni hesabla qalib gəlib. Lautaro Martinez 88-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Hazırda A qrupunda Argentina 6 xalla liderdir. Kanada 3 xalla 2-ci, Çili ilə Peru isə hərəyə 1 xalla 3-4-cü yerləri bölüşülər.


Son xəbərlər
27.06.24  18:09

Abel Ruiz "Jirona"da