Çexiya millisinin yarımmüdafiəçisi Tomaş Souçek Portuqaliyaya qarşı bu gün keçiriləcək Avro-2024-ün oyunu ərəfəsində fikirlərini bildirib.
QOL.az xəbər verir ki, oyundan öncə təşkil olunan mətbuat konfransında “Vest Hem”in (İngiltərə) 29 yaşlı yarımmüdafiəçisi deyib ki, Portuqaliya millisi yüksək səviyyəli komandadır: “Onlar təkcə qrupun deyil, bütün turnirin favoritlərindən biridir. Çətin olacaq, amma biz ilk dəqiqədən son dəqiqəyə qədər əzmlə mübarizə aparacağıq. Hər saniyə önəmlidir”.
Tomaş Souçek Portuqaliya millisinin 39 yaşlı kapitanı Kriştiano Ronaldo barədə də danışlb: “Başa düşürük ki, Ronaldo şans qazansa, onu qola çevirəcək. Buna görə də ona boş zona verməməliyik. Amma söhbət təkcə ondan da getmir. Portuqaliyalıların heyətində daha 25 futbolçu var. Onlar Avropanın aparıcı klublarında çıxış edirlər”.
Xatırladaq ki, Portuqaliya - Çexiya matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda