İctimai Televiziya Avro-2024-ün final oyunu yaranan texniki problemlə ələqədar açıqlama yayıb.
QOL.az xəbər verir ki, açıqlamada bildirilib:
"Hörmətli tamaşaçılar!
Bildiyiniz kimi, İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanda Avro-2024-ün rəsmi yayımçısı olub.
İyun ayının 14-dən etibarən bütün dünyanın diqqətlə izlədiyi bu idman turnirini biz də yüksək keyfiyyət və təqdimatda tamaşaçılarımıza nümayiş etdirdik.
Belə ki, çempionatın 51 oyununu milyonlarla tamaşaçı həm efirimizdən, həm də youtube kanalımızdan canlı olaraq izləyə bilib. Azərbaycan televiziya məkanında ilk dəfə olaraq Avropa Çempionatının final oyununu şərhçimiz Tural Dadaşov məhz oyun keçirilən stadiondan şərh edib.
Təəssüflə qeyd edirik ki, iyulun 14-də Avropa Çempionatının final oyununun yayımı zamanı şərhçimizin səsi və oyunun videogörüntüsü arasında bəzi epizodlarda uyğunsuzluq yaranıb.
Buna səbəb Avro2024 -də ilk dəfə olaraq şərhçinin səsinin internet, görüntünün isə peyk üzərindən ötürülməsi sisteminin tətbiqi olub. Sözügedən sistemin tətbiqi nəticəsində çempionat zamanı bir sıra ölkələrin yayımçı telekanalları da eyni vəziyyətlə üzləşiblər. Qeyd edək ki, efirdən əvvəl edilən test zamanı bu kimi problem qeydə alınmayıb.
Vəziyyətin yaranma səbəbkarı birbaşa İTV olmasa da, problemin aradan qaldırılması üçün tərəfimizdən müvafiq addımlar atıldı. Təəssüf edirik ki, qısa müddət ərzində texniki nasazlığı aradan qaldırmaq mümkün olmayıb.
Belə bir mötəbər turnirin yayımında hər bir qüsurun izləyicilərin haqlı narazılıqlarına səbəb olduğunu anlayır və bir daha yaranmış vəziyyətdən narahatlıq yaşamış tamaşaçılarımızdan üzr istəyirik".
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat