Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində budəfəki həmsöhbətimiz Bakı şəhər N.Nərimanov rayonu Məktəb-Lisey Komplesinin fiziki tərbiyə müəllimi Vasif Musayevdir.
V.Musayev əvvəlcə bildirib ki, fiziki tərbiyə fənninin keyfiyyətli tədris olunması müəllimlərin savadlılıq göstəricisindən asılıdır: "Ümumtəhsil məktəblərində tədris olunan fiziki tərbiyə dərslərinin keyfiyətinə təsir edən ilk amil fiziki tərbiyə müəlliminin savadlılığı və yaradıcı yanaşmasıdır. Bu amillərin inkişafı üçün Elm və Təshil Nazirliyi son 10 ildə bir neçə layihələr həyata keçirilmişdir".

O, bildirib ki, TOPs layihəsi çərçivəsində aparılan təlimlər və görülən işlər sayəsində müəllimlər daha da inkişaf ediblər: "Son 10 ildə Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi müxtəlif layihələr nəticəsində fiziki tərbiyə dərslərinin tədrisində çox müsbət dəyişikliklər baş verir. Belə layihələrdən biri də “TOPs proqramı – fiziki tərbiyə sahəsində müasir təhsil texnologiyalarının yaradılması” layihəsidir. Layihəyə demək olar ki, respublikamızın bütün ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri cəlb olunub, nəzəri və praktiki təlimlər keçiblər. Məhz bu təlimlərdən sonra fiziki tərbiyədə müasir tədris metodikasına yiyələnən müəllimlərimiz proqramlarında nəzərdə tutulan təlim nəticələrinin reallaşdırılmasına yönəlmiş tədris prosesini uşaqların maraq və ehtiyacları çərçivəsində ustalıqla tədris edirlər".
A.Musayev müəllimlərin müxtəlif metodlardan istifadə edərək dərslərə rəng qatdığını söyləyib: "Hal-hazırkı fiziki tərbiyə dərsləri şən təhlükəsiz və hamı üçün əlçatan formada qurulur. Bu metodika imkan verir ki, onlar dərslərini yerli şəraiti nəzərə alaraq istənilən şəraitsizlikdə belə daha maraqlı və rəngarəng formada dərslər tədris etsinlər. Bundan başqa, fiziki tərbiyə müəllimləri inklüziv tədris üsullarına yiyələnərək bütün uşaqların təlim ehtiyaclarını ödəyə bilirlər. Layihə çərçivəsində bütün siniflər üzrə hazırlanmış Metodiki Tədris Kartları da müəllimlərin köməyinə çatan vəsaitlərdəndir. Artıq müəllimlərimiz əvvəlki eyni formalı dərs üsullarından fərqli olaraq, daha kreativ, bir-birilərindən fərqlənən çox gözəl dərs prosesləri təşkil edirlər".
O, həmçinin şagirdlər üçün yarışların da təşkil edildiyini deyib: "Müasir dövrdə fiziki tərbiyə dərsləri uşaqların təkcə fiziki inkişafına təsir etməklə deyil, daha çox həyat bacarıqlarına yiyələnməni həyata keçirir desək, yanılmarıq. Bu layihə çərçivəsində təlimləri keçən müəllimlərimizin hamısı öz məktəblərində fiziki tərbiyədən açıq dərslər və idman bayramları təşkil edirlər. İdman bayramları isə kütləvi xarakter daşıdığından bura çoxlu uşaqlar cəlb olunurlar. Belə bayramlar zamanı hətta valideynlər də bu yarışlara qatılaraq uşaqlarala birlikdə öz bacarıqlarını nümayiş etdirirlər. Bu da öz növbəsində təhsil alan uşaqların fiziki tərbiyə dərslərinə olan maraqlarının artmasına imkan yaradır".

Həmsöhbətimiz bunu da qeyd edib ki, yarışlar və idman bayramları sayəsində istedadlı uşaqların üzə çıxır və idman bölmələrinə cəlb olunur: "Sağlam rəqabət, rəqibə hörmət, liderlik qabiliyyətinin yaranması və bir çox başqa dəyərlər üzərində qurulan dərslər, idman bayramları uşaqların müxtəlif idman növləri üzrə istedadlarının aşkarlanmasına gətirib çıxarır. Belə tədris zamanı həm də uşaqların idmana olan bağlılığı artır, onlar da dərslərdən sonra müxtəlif idman bölmələrinə yazılaraq daha aktiv və sağlam həyat tərzi sürməyə üstünlük verirlər. Təcrübəli müəllmlər belə uşaqlarla və onların valideynləri ilə söhbətlər apararaq onların müvafiq idman növləri üzrə daha böyük nəticələr əldə edə biləcəklərini bildirir. Bir məqamı da vurğulamaq istəyirəm ki, həm tədris zamanı, həm də idman bayramları zamanı gender bərabərliyi də qorunmaqdadır. Qızların idman növləri üzrə nəticələri oğlanlardan heç də geri qalmır".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Noyer geri dönür
Ofsayd qərarları artıq "robot"lara həvalə olunur
İtaliya klubu tarixinin ən pis mövsümlərindən birini keçirir
Azərbaycan millisinin məşqindən - Şəkillər
“Qaradağ Lökbatan”ın 7 qollu qələbəsindən - Video
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Belarus yığması Ermənistana qalib gəldi
Xavi "Barselona"ya qayıda bilməyəcək
"Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır" - Ayxan Abbasov
“Tottenhem” baş məşqçisini istefaya göndərdi
CAF-in baş katibi istefa verdi
Azərbaycan çempionatında mükafat qazandılar
"Qolum sınsa da, döyüşməyə davam etdim" - Tofiq Musayev
Yalnız “Quba” və “Qaradağ Lökbatan” qələbəyə sevindi
AFFA nümayəndələri RFİ-nin tədbirində iştirak ediblər
Neymar səfər matçlarından imtina etdi
UEFA-dan Babək Quliyevə yeni təyinat
"Hakimlər "Real"a kömək edir" - "Barselona"nın prezidenti
Kosovo - Türkiyə matçının hakimləri açıqlandı
Mirça Luçesku huşunu itirdi, xəstəxanaya yerləşdirildi
Karyerasının son oyununda qol vurdu
Bu şərti qəbul etsə, "Barselona"da qalacaq
Klopp “Enfild”ə qayıtdı - Video
Bu yarışda qalib Medina-Montiel cütlüyü oldu - Video
Kasemiro bu kluba keçir
Futbol tarixində ən bahalı qadın oyunçu oldu
"Qarabağ"ın azarkeşi vəfat edib
Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı
“Dinamo”dan 6 qollu qələbə
Azərbaycan güləşçiləri Estoniyada 5 medal qazanıblar
Dünya çempionatı üçün 400 minlik evini satdı
Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı
Bu stadionda tribunalardan biri Messinin adını daşıyacaq
"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq
Entoni Qordon "Nyukasl"dan gedir?
Salah A Seriyasına qayıda bilər
Vinisius millinin matçını buraxa bilər