U-17 millimiz Moldova ilə heç-heçə etdi

U-17 millimiz Moldova ilə heç-heçə etdi
ÖLKƏ FUTBOLU 30 Oktyabr 2025 / 16:55 1191
-  A +

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirib.

QOL.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan komanda Moldova ilə üz-üzə gəlib. Kişinyovda keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, U-17 qrupda keçirdiyi ilk görüşdə Uelsə 0:7, ikinci matçda Kosovoya  0:6 hesabı ilə məğlub olub.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner