"Liverpul"un baş məşqçisi Arne Slot komandasının uğursuz dönəm keçirməsindən danışıb.
QOL.az xəbər verir ki, Mersisayd təmsilçisi son 7 oyunun 6-da uduzub. "Qırmızılar" ötən gecə İngiltərə Liqa kubokunun 4-cü turunda evdə "Kristal Pelas"a böyük hesabla məğlub olub - 0:3.
Görüşdən sonra komandanın baş məşqçisi Arne Slot deyib: "Mənə inanmayacaqsınız, amma yeddi oyunumuzun altısında məğlub olmağımızın çox az səbəbi var. Son həftələrdə hər iki gündən bir və ya üç gündən bir oynamalı olduq. Bundan əlavə, "Liverpul" ənənəvi olaraq Liqa kubokunda akademiya oyunçularına şans verir və biz də buna əməl etmişik. Heyətimiz bir çox insanın düşündüyü qədər geniş deyil",
"Liverpul" "Kristal Pelas"dan əvvəl İngiltərə Premyer Liqasında ardıcıl 4 oyunda uduzub: "Kristal Pelas" (1-2), "Çelsi" (1-2), "Mançester Yunayted" (1-2) və "Brentfor" (2-3). Liverpul həmçinin Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Qalatasaray"a məğlub olub - 0:1. Son İngiltərə çempionu hazırda Premyer Liqada 15 xalla 7-ci pillədədir.
Xatırladaq ki, “Liverpul” Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindəndir. Bu komandalar arasında mərhələnin son turunun oyunu yanvarın 28-də İngiltərədə keçiriləcək.
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə