Türkiyəli mütəxəssis Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor” Ukrayna kubokunda mübarizəni dayandırıb.
QOL.az xəbər verir ki, Donetsk təmsilçisi yarışın 1/8 finalında əzəli rəqibi Kiyev “Dinamo”suna 1:2 hesabı ilə uduzub.
Kiyevdəki Valeri Lobanovski adına stadionda keçirilən oyunun ilk hissəsi qolsuz başa çatıb. 48-ci dəqiqədə Luka Meyrellis “Şaxtyor”u önə çıxarıb (0:1). 72-ci dəqiqədə Andrey Yarmolenko hesabı bərabərləşdirib, 79-cu dəqiqədə isə Eduardo Gerrero qalibiyyət qolunu vurub.
Beləliklə, “Dinamo” Ukrayna Kubokunun 1/4 final mərhələsinə adlayıb.
Arda Turandan komandasına narazılıq
Oyundan sonra Arda Turan jurnalistlərə deyib:
"İlk 50-55 dəqiqə ilə bağlı futbolla əlaqədar daha nə edə bilərik, bilmirəm. Bu qədər qol imkanını qaçırmaq olmaz. Derbilər fürsətlərdən doğru yararlanmaq oyunudur. O 50 dəqiqə hesabda 4:0, 5:0 ola biləcək bir müddət idi. Futbol baxımından hər şeyi etdik. Bu matçda taktiki məsələlərdən daha vacib şeylər var idi. Təəssüf ki, oyunçularım o anlarda düzgün oynaya bilmədilər. Buna görə məyusam, bunu öz aramızda danışacağıq.
Heç olmamalı, mənasız foullar, lazımsız mübahisələr etdik. Oyunun gərginliyini artırıb planımızdan kənara çıxdıq. Doğru olanı oynaya bilmədik. Rəqibə uduzacaq qədər şans verdikmi? Məncə, vermədik. Amma futbol belə bir şeydir - fürsətlərdən istifadə edə bilməsən, cəzalandırılırsan".
Matçın ümumi gedişindən razı olsam da, uduzma tərzimiz məni qane etmədi. Karyeram ərzində çox məğlubiyyətlər yaşamışam, amma müdafiəyə çəkilərək uduzmaq yolverilməzdir. Oyunun son hissəsində baş verənlər məni ciddi şəkildə məyus etdi. Bütün bunları analiz edib nəticə çıxarmalıyıq”.
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi