Azərbaycan millisinin üzvündən qol ötürməsi - Video

Azərbaycan millisinin üzvündən qol ötürməsi - Video
VİDEO 30 Aprel 2024 / 09:51 2154
-  A +

Ukraynada Premyer Liqanın 26-cı tura yekun vurulub.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Mustafayevin formasını geyindiyi “Polesye” “Vorskla”nı qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Mustafayev start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 80-ci dəqiqədə komandasının qalibiyyət qolunun ötürməsini verib.

"Polesye" hazırda 42 xalla 6-cı yerdədir.

Qeyd edək ki, E.Mustafayev bu mövsüm "Polesye"nin heyətində 18 oyunda meydana çıxıb (bütün turnirlərdə). O, bu oyunlarda 2 qol vurub, 4 qolun isə ötürməsinin müəllifi olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner