Azərbaycan U-17 millisi İnkişaf turnirində iştirak edəcək

Azərbaycan U-17 millisi İnkişaf turnirində iştirak edəcək
ÖLKƏ FUTBOLU 18 Aprel 2024 / 11:16 810
-  A +

Azərbaycanın U-17 millisi Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək.

QOL.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnir aprelin 22-dən 28-dək keçiriləcək. Azərbaycan yığması Belarus, Özbəkistan və Tacikistan komandaları ilə qarşılaşacaq.

İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv aprelin 23-də Belarus, 25-də Özbəkistan, 28-də isə Tacikistanla üz-üzə gələcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner