Son günlər yeni mövsüm Azərbaycan Premyer Liqasında komanda sayının 12-yə çatdırılacağı ilə bağlı xəbərlər yayılır. AFFA İcraiyyə Komitəsinin may ayında keçirilməsi gözlənilən iclasında məsələnin müzakirə olunacağı bildirilir.
Mövzu ilə bağlı AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun fikirlərini öyrəndik. Təcrübəli mütəxəssis QOL.az-a açıqlamasında ən yaxşı variantın 12 komanda olduğunu bildirdi:
“Biz Məşqçilər Komitəsi olaraq AFFA-nın əvvəlki rəhbərliyinə də demişdik ki, 8-10 komanda azdır, 12 komanda lazımdır. Əslində daha çox olmasını istəyərik. Amma bizim bölgə klublarımızda infrastruktur yox səviyyəsindədir. Biz AFFA rəhbərliyi ilə hər görüşəndə deyirdik ki, əsasən bölgə klubları Premyer Liqaya gəlməlidir. Əfsuslar olsun ki, bizə cavab verirdilər ki, maliyyə o qədər deyil.

Ağasəlim Mircavadov
Doğrudan da 10 komandalı çempionat ağır olur. O mənada ki, komandalar bir-biri ilə mövsüm ərzində 4 dəfə oynayırlar. Biz oynayırıq ki, inkişaf olsun. Eyni rəqiblə 4 dəfə oynayanda nə inkişaf olacaq? Bu haqda çox demişik. İndi də bizdən soruşurlar və deyirik ki, ən yaxşı variant 12 komandadır. Amma artıq olsa, daha yaxşıdır. Gələcəyi də düşünmək lazımdır. Bəzi bölgələrdə stadion, müəyyən şərait var. Onları da gələcəkdə yüksək liqaya gətirmək olar. Amma mən düşünürəm ki, yeni mövsümdən Premyer Liqaya 2 yeni komanda cəlb etdikdən sonra idman prinsiplərinə əməl etmək lazımdır. Yəni 12 komanda olandan sonra sırf idman prinsiplərinə əməl edərək çempionat keçirilməlidir. Əziyyət çəkən komandalar var. Eləcə də Premyer Liqada sonuncu olanlar elitanı tərk etməlidir ki, yarışın marağı da olsun”.
A.Mircavadov qeyd edib ki, 12 komandalı və yeni formatı olan çempionat çox maraqlı olar: “Bu mövzuları müzakirə etmək olar. Əsas odur ki, 12 komandanın olmasına icazə verilsin. Onu da deyim ki, Premyer Liqada 12 komanda olsa, birinci liqada da say eyni olmalıdır. 12 komandalı və 6-lıq sistemi ilə çempionat həddindən artıq maraqlı olur”.
77 yaşlı mütəxəssis qeyd edib ki, əvvəlcə işə infrastrukturdan başlamaq lazımdır: “Birinci liqanın oyunlarına çox baxıram. İnanın ki, infrastruktur yox səviyyəsindədir. Elə süni meydançalar var ki, asfalt ondan yumşaqdır. Biz birinci bu məsələlərə fikir verməliyik. Bütün bölgələr futbol oynamaq istəyir, amma baxırsan ki, heç bir şəraiti yoxdur. Bizdə infrastruktur haqda düşünən yoxdur. Bu, çox acınacaqlıdır. İşə bunlardan başlamaq lazımdır. Piramida yuxarıdan yox, aşağıdan qurulur”.
A.Mircavadov Premyer Liqada görmək istədiyi klubların adlarını çəkib: “Şamaxı” Premyer Liqada oynayıb. Onların rəhbərliyi də yüksək liqanı çox istəyir. Şəraitləri də var. Mingəçevirin böyük futbola qayıtması haqda çox düşünürəm. Təəssüf ki, onların da stadion problemi var. “Zaqatala”nın da yüksək liqaya gəlməsi maraqlı olar. Lənkəranda hər şey var. 2004-cü ildə “Xəzər Lənkəran” necə yüksək liqaya gətirilmişdisə, indi də bunu eləmək olar. Çünki orada hər cür infrastrukturlar mövcuddur. Bildiyimə görə, stadionda təmir işləri gedir. Lənkəranda həmişə anşlaq olub. İndi də o bölgədən çıxan futbolçular bir çox klubumuzda yaxşı səviyyədə oynayır. Dediyim odur ki, futbol bölgələrini itirmək lazım deyil. Bölgələrə fikir verilməlidir. Mən istəyərəm ki, Premyer Liqada 16 komanda olsun. Amma biz buna hazır deyilik. Komanda yüksək liqaya hazır vəziyyətdə gəlməlidir. Sponsor olmasa, çox çətindir”.
Ramiq Ağaməmmədov
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi
“Qəbələ”dən ayrıldı, bu paylaşımı etdi
Ebola virisuna görə DÇ-2026 iştirakçısının oyunu ləğv edildi
“Barselona”nı Sequndada görmək istəyirəm”
Azərbaycan millisi yarımfinalda - Avropa çempionatı
"Ayaks" baş məşqçi təyinatını açıqladı
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində