"Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik. Azarkeşlərin bizdən gözləntilər çox idi. Birinci hissədə komanda çox yaxşı futbol nümayiş etdirdi. Bunun nəticəsində 2 qol vurduq. Gözlənilməz əvəzetmələr oldu. Bundan sonra oyunumuzda düşüş hiss olunurdu. İkinci hissənin əvvəlində diqqətsizlikdən qollar buraxdıq. Son dəqiqələrdə Mate Kvirkiyanın vurduğu mükəmməl qolla 1 xal qazandıq".
QOL.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 30-cu turunda səfərdə "Səbail"lə 3:3 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
Mütəxəssis ilk hissədə hesabda öndə olmaqlarını, daha sonra məğlub duruma düşməklərini və sonda bərabərlik qolunu vuraraq 1 xal qazanmaqlarını belə şərh edib: "Birinci hissədə qələbəyə daha yaxın idik. Mükəmməl qoldan sonra heç-heçə də bizim üçün xoş oldu".
Mütəxəssis komandasının ikinci hissədə müdafiədə səhvlərə yol verməsinə toxunub: "Fasilədə futbolçulara tapşırdıq ki, diqqətli olun, oyun hələ bitməyib. Ani diqqətsizlik oldu. Komanda tam olaraq özünə gəlməmiş 2-ci qolu buraxdıq".
Məşqlərini təbii örtüklü meydançada keçirən "Kəpəz" "Səbail"lə səfər görüşündə süni meydanda oynayıb. A.Şükürov zədələnmələrin bununla əlaqəsi olub-olmadığı haqda bunları deyib: "Səbail"in stadionunun ot örtüyü bir az fərqlidir. Burada oynamaq çətin olur. Tovuzda da süni örtükdə oynayırıq, amma belə zədələr olmur".
A.Şükürov oyundan sonra "Səbail"in baş məşqçisi Şahin Diniyevin onunla görüşməməsinə belə aydınlıq gətirib: "Heç bir şey olmayıb. Yəqin, Şahin müəllim əsəbi olub. Burada problem yoxdur".
Baş məşqçi sonda görüşdəki hakim qərarları haqda danışıb: "Hakimlik haqda çox danışmağa dəyməz. Onlar da insandır. Baxış bucaqları fərqli ola bilər".
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov