“Oyunu uduzduq. Xarakter göstərmək lazımdır. Meydana sonradan daxil olanlar komanda üçün, üç xala görə döyüşməlidir. Amma heç nə alınmadı".
QOL.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 30-cu turunda "Turan Tovuz"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, daha sonra bildirib: "Buraxdığımız qollar sadəcə mümkünsüzdür. Birinci top hava ötürmələrindən sonra vuruldu. İkinci qolu ümumiyyətlə başa düşmədim. Rəqib dörd futbolçunu keçdi, sanki onu müşayiət edirdilər. Qapıçı da elə bil öz qapımıza qol vurdu. Belə oyunlar uduzulmamalıdır. Çox şadıq ki, gənc futbolçu Şahin Şahniyarov oyunu ilə etimadı doğruldur. O, yaxşı keyfiyyətlərə malikdir. 20 illik təcrübəyə malik futbolçu kimi oynayır. Futbolçularla daim müzakirələr aparırıq. Hər şeyi olduğu kimi deyirik”.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu