"Frayburq"da yeni baş məşqçi

"Frayburq"da yeni baş məşqçi
DÜNYA FUTBOLU 22 Mart 2024 / 19:07 2476
-  A +

"Frayburq”un sabiq futbolçusu Yulian Şuster bu mövsüm başa çatdıqdan sonra klubun baş məşqçisi təyin olunacaq.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı mütəxəssis bu vəzifədə Kristian Streyxi əvəzləyəcək. Bu, onun baş məşqçi kimi ilk işi olacaq.

38 yaşlı sabiq oyunçu karyerasının böyük hissəsini "Frayburq"da keçirib və 2018-ci ilin yayında futbolçu karyerasını başa vurub. Bundan sonra o, klubda istedadların inkişafı üzrə koordinator vəzifəsində çalışıb. 

26 turdan sonra "Frayburq" Bundesliqada 33 xal toplayıb və turnir cədvəlində 9-cu yerdədir.

Daha çox


Son xəbərlər
topaz banner