Oruc tutma qadağasına görə millidən ayrıldı

Oruc tutma qadağasına görə millidən ayrıldı
DÜNYA FUTBOLU 22 Mart 2024 / 16:45 4986
-  A +

“Lion”un yarımmüdafiəçisi Mamadu Diavara Ramazan ayında oruc tutma qadağasına görə Fransanın U-19 millisindən ayrılıb.

QOL.az ESPN-ə istinadən xəbər verir ki, Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo daha əvvəl müsahibəsində millinin məskunlaşdığı yerdə Ramazan ayında oruc tutmağı qadağan edən yeni qaydaları açıqlayıb.

Qadağa U-16-dan başlayaraq bütün yaş qruplarından olan Fransa millilərinə şamil edilir.

19 yaşlı Diavara yeni qaydalara görə özünü narahat hiss etdiyi üçün "Lion"a qayıtmaq qərarına gəlib. Onun əvəzinə “Nant”dan Demaine Assumani Fransanın U-19 komandasına çağırılıb.

Daha çox


Son xəbərlər
topaz banner