Yankoviçlə Veşoviç oynadı, Monteneqro qalib gəldi

Yankoviçlə Veşoviç oynadı, Monteneqro qalib gəldi
DÜNYA FUTBOLU 22 Mart 2024 / 11:56 7498
-  A +

“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç Monteneqro millisində növbəti oyuna çıxıblar.

QOL.az xəbər verir ki, hər iki futbolçu Belarusa qarşı keçirilən yoldaşlıq matçında start heyətində yer alıb.

Veşoviç sona qədər oynayıb. Yankoviç isə 66-cı dəqiqədə əvəzlənib. Görüş Monteneqronun 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Monteneqro millisini hazırda Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki çalışdırır. Belarusla qarşılaşma onun üçün Monteneqro millisində debüt oyunu olub.

Qeyd edək ki, Monteneqro millisi martın 25-də Şimali Makedoniya ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Daha çox


Son xəbərlər
topaz banner