"Arsenal"ın futbolçusu İngiltərə millisinin düşərgəsindən ayrıldı

"Arsenal"ın futbolçusu İngiltərə millisinin düşərgəsindən ayrıldı
DÜNYA FUTBOLU 22 Mart 2024 / 00:47 2268
-  A +

"Arsenal"ın futbolçusu Bukayo Saka zədə səbəbindən İngiltərə millisinin düşərgəsini tərk edib

QOL.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyasının saytı məlumat yayıb. Futbolçu son məşqdə iştirak edə bilməyib və klubun düşərgəsinə qayıdıb. Bildirilib ki, "Arsenal"ın hücumçusu milli komandaya zədəli gəlib və müalicəsini klubunda davam etdirəcək.

Qeyd edək ki, mart ayında İngiltərə millisi Braziliya və Belçika yığmaları ilə yoxlama oyunu keçirəcək.

Daha çox


Son xəbərlər
topaz banner