"Bir daha “Roma”ya dönməyəcəyəm" - Totti

"Bir daha “Roma”ya dönməyəcəyəm"  - Totti
DÜNYA FUTBOLU 20 Mart 2024 / 18:22 5206
-  A +

“Roma”nın əfsanəvi futbolçusu Françesko Totti növbəti dəfə sabiq klubuna  qayıdıb-qayıtmayacağı ilə bağlı sualı cavablandırıb.

QOL.az "Football Italia"ya istinadən xəbər verir ki, keçmiş hücumçu deyib:

“Heç vaxt qayıtmayacağam. Hər dəfə bu sualı verirlər. Amma bildirirəm ki, bir daha “Roma”ya dönməyəcəyəm”.

Qeyd edək ki, Totti 1992-2018-ci illərdə "Roma"da çıxış edib. O, 2017-2019-cu illərdə “Roma”nın direktoru vəzifəsində çalışıb. Yalnız "Roma"nın formasını geyinən "Qladiator" ləqəbli Totti 2017-ci ilin yayında 24 illik futbolçu karyerasını başa vurub.

Daha çox


Son xəbərlər
topaz banner