"Mançester Yunayted” “Liverpul”u kubokdan kənarlaşdırdı

"Mançester Yunayted” “Liverpul”u kubokdan kənarlaşdırdı
DÜNYA FUTBOLU 18 Mart 2024 / 01:00 3870
-  A +

"Mançester Yunayted” və “Liverpul” arasında İngiltərə kubokunun 1/4 final oyunu keçirilib.

QOL.az xəbər verir ki, "Old Trafford"da olan matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Ona görə əlavə vaxta ehtiyac duyulub. Burada "Mançester Yunayted" 2, "Liverpul" isə daha 1 qol vurub. Beləliklə, Mançester təmsilçisi  4:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlb.

"Mançester Yunayted” - “Liverpul” - 4:3
Qollar:
Maktominey, 10 (1:0), Mak Ellister, 44 (1:1), Salah, 45+2 (1:2), Antoni, 87 (2:2), Elliott, 105 (2:3), Reşford, 112 (3:3), Diallo, 120+1 (4:3)

“Mançester Yunayted” İngiltərə kubokunun yarımfinalında “Koventri Siti” ilə qarşılaşacaq.


Son xəbərlər