Medianın İnkişafı Agentliyinin layihəsi
Azərbaycan məktəblərində fiziki tərbiyə və şahmat fənlərinin tədrisi ilə bağlı növbəti həmsöhbətimiz Yasamal rayonu, 60 nömrəli tam orta məktəbin şahmat müəllimi Ramidə Ələkbərova oldu.
- Orta məktəblərdə şahmat fənninin keyfiyyətini necə qiymətləndirirsiniz?
- Orta məktəblərdə şahmat fənninin tədrisinin keyfiyyətini yaxşı qiymətləndirirəm. Öz 60 saylı məktəbimizi nəzərə alsaq, mənim tədris etdiyim rus dili və azərbaycan dili bölmələrində şahmat fənni yüksək səviyyədə tədris olunur.
- Şahmat müəllimləri dərsləri necə aparırlar?
- Hər bir məktəbdə şahmat otaqları var. Bəzi hallarda müəllimlər şahmat fənnini siniflərdə tədris edirlər. Dərslər yüksək səviyyədə keçirilir. Bu fənn ibtidai siniflərdə, yəni, 2, 3, 4-cü siniflərdə tədris olduğuna görə maraq daha çoxdur.
- Dərslər zamanı uşaqları əyləndirmək üçün, dərsləri daha maraqlı etmək üçün hansı addımlar atılır?
- Öz dərslərimdən danışsam, uşaqları əyləndirmək üçün siniflərarası yarışlar keçirirəm. Plana uyğun olaraq tədbirlər də keçiririk. Əyləncəli şahmat yarışları təşkil olunur. Mən hədiyyələri də tərtib edirəm və məktəb bunu təsdiqləyə bilir. Uşaqları hədiyyələrlə, mükafatlarla, məktəbimizin fəxri fərmanı və təşəkkür diplomları ilə cəlb edirik. Əsasən də şahmatın məntiqə bağlı oyun olduğuna görə valideynlərin marağına səbəb olur.
- Ümumiyyətlə, orta məktəblərdə idmanla bağlı infrastruktur, şərait necədir?
- Bizim 60 nömrəli orta məktəbimizdə fiziki tərbiyə fənni yüksək səviyyədə tədris olunur. Məktəbimizin balaca olmasına baxmayaraq, çox gözəl və şəraitli idman zalımız var. Bu, şahmata da təsir edir. Məktəbimizin şagirdləri yarışlara gedirlər, nəticələr qazanırlar. Məktəbimizin fəxri fərmanları var. Ona görə çalışırıq hər şeyi yüksək səviyyədə edək. Bunlar yüksək səviyyədə də qarşılanır.
- Bu gün orta məktəblərdə, uşaqlar və yeniyetmələr arasında şahmata maraq hansı səviyyədədir?
- Ümumiyyətlə hər bir yaş qrupunda şahmata maraq çox olur. Məsələn, mən ibtidai siniflərdə şahmatı tədris edirəm. Amma 4-cü sinifdən 5-ci sinifə keçən uşaqların valideynləri soruşurlar ki, şahmat dərsi 5-ci sinifdə olmayacaqmı?. Biz də deyirik ki, təlimata görə, şahmat fənni ancaq 2-ci, 3-cü və 4-cü siniflərdə tədris olunur. Şahmata həm uşaqların, həm də valideynlərin marağı çoxdur.
- Dərs keçdiyiniz, gördüyünüz uşaqlar arasında, yəqin ki, istedadlıları çoxdur.
- Məktəblərdə hər il idmanla bağlı yarışlar keçirilir. Həmçinin şahmat fənnindən də yarışlar olur. 2017-ci ildə biz respublika üzrə 2-ci yerə çıxdıq. Sonra 2018-ci ildə əvvəlcə rayon birinciliyində, sonra Bakı birinciliyində iştirak etdik. Daha sonra finala vəsiqə qazanıb respublika birinciliyinə çıxdıq. Yarışlara görə 6 nəfərli komanda ilə bir həftəlik Zaqulbaya getmişdik. Dərs dediyim şagirdlər ilə əlavə də məşğul olurdum. Beləliklə, respublika birinciliyinə çıxdıq. Bundan sonra Təhsil Nazirliyi mənə “Qabaqcıl təhsil işçisi” adı verdi. Daha sonra o vaxtlar Bakı təhsil idarəsinin müdiri olan Rəşad müəllim məni qonaq çağırdı, fəxri fərman verdi. Məktəbimizə də xüsusi bal verildi. Bu, bizdə bir ənənə halını aldı. Bir il sonra yenə Bakı birinciliyinə çıxdıq və bu ənənə davam etməyə başladı. Hazırda məktəbimizdə istedadlı uşaqlar var ki, mən onları istənilən yarışlara çıxara bilərəm. Bu yaxınlarda da idmansevərlər üçün məktəbimizə qonaqlar dəvət olunmuşdurlar. Dəvət olunanlar Zemfira Meftahətdinova və Namiq Abdullayev idi. İdman həftəsi çərçivəsində məktəbimizə gəldilər. Həm də idmançıların çempionlarla görüşü oldu. Şahmat çempionlarımızı da dəvət etdim. Namiq müəllim nazirlikdə tərtifetmə mərasimində iştirak etmişdi. Həmin uşaqları göstərdim ki, artıq bunlar böyüyüblər, neçə illər keçib. Yeni, balaca şahmatçılarımızı da təqdim etdim ki, onları hazırlamışam və qismət olarsa, yarışlara çıxacayıq.
- Sizcə, ölkədə yeniyetmələr və məktəblilər arasında idmanın səviyyəsini artırmaq üçün hansı addımlar atılmalıdır?
- Şükürlər olsun ki, ölkəmizdə idmana böyük dəyər verilir. Buna görə cənab Prezidentimizə minnətdaram. Amma respublika birinciliyindən sonra bir neçə qurumdan xahiş etdim və hələ də edirəm ki, başqa respublikalarda məktəblilər arasında yarışlarda iştirak edək. Bu mövzuda əlimdən heç bir iş gəlmədi. Uşaqların qarşısında pis vəziyyətdə qaldım ki, hər şey elə burada dayandı. İşimiz bura qədər idi ki, mən Mən 4-cü sinifə qədər şagirdlərə dərs keçirəm. Sonra isə şahmat fənni tədris olunmur. Mənim isə bundan sonra imkanım olmadı ki, uşaqları yarışlara göndərim.
Məktəbimizin rəhbərliyinə böyük təşəkkürümü bildirirəm. Bizim məktəbin gözəl ab-havası və kollektivi var. Bizi tanıyan hamı təsdiqləyə bilər ki, məktəbimizin komandası çox çalışqan və həmrəy olan bir komandadır. Günay xanıma da öz təşəkkürümü bildirirəm. Günay xanım hələ ki bizdə direktor əvəzləyicisi vəzifəsindədir. Bir neçə aydır ki, təyin olunub. Amma məktəbimizə də öz dəsti-xəttini qoyur. Bura gələn müdirlər də, rəhbərlik edən insanlarda məktəbə ürəklə yanaşırlar. Ən çox da uğurlarıma görə Fəyaz müəllimə minnətdalığımı bildirirəm. O, məktəbimizdə müqaviləsi bitənə qədər 5 il müdir işləmişdi. Uğurlarımı da məhz onun vaxtında qazanmışam.
- Şahmatın tədris olunması ilə bağlı hansı problemləri görürsünüz?
- Bizim məktəbimizdə həm rus, həm azərbaycan dili bölmələri var. Əvvəllər azərbaycan dili bölməsi üçün dərslik çap edilmişdi. Ancaq rus dili bölməsi üçün heç bir vəsait yoxdur. Mən “Qrand” müsabiqəsinə layihə vermişdim. Həmin vaxt Fəyaz müəllimlə də məsləhətləşmişdim ki, bu müsabiqədə qalib olsam, şahmatın tədrisi üçün dərslik çıxarılsın. Bu fikir çox bəyənildi. Hər kəs alqışladı. Amma iki balım çatmadı ki, müsabiqədən keçim. Bizim də əlimizdə olan imkanlarla o kitabı çap etdirə bilməzdim. Materialları da yığımışdım, hər şey hazır idi, sadəcə imkan olmadı. Hazırda rus dili bölməsində məcbur oluram ki, əlimdə olan vəsaitləri tərcümə edib uşaqlara yazdırım. Bu böyük problem olmasa da, düzəlsə, lap yaxşı olardı. Dərsliklər çoxalsa, əsasən rus bölməsində işimiz daha da rahat olar.
Cavad Musayev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
Messinin 46-cı kuboku
"Haypers Quba"nın 8 qolluq qələbəsi - Video
Şensnını "Barselona"ya keçməyə kim inandırıb?
Messi milliyə qayıtdı
"Kəpəz"dən yeni transfer
Konfrans Liqası başladı, “Başakşehir” uduzdu - Yenilənib
Dembele Enrikedən üzr istədi
"İnanıram ki, qələbə qazanacağıq" - "Malmö"nün futbolçusu
"Cəbrayıl"dan "Qaradağ Lökbatan"a üç cavabsız qol - Video
“Barselona”dan gözlənilməz transfer - Rəsmi
Santuş millinin heyətini açıqlayır
ÇL matçı zamanı stadionun yaxınlığında raketlər uçdu
"Cəbrayıl" "Qaradağ Lökbatan"a qalib gəldi