Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.
QOL.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 5 çəkidə finalçılar müəyyənləşib.
Azərbaycan güləşçilərindən Rəşad Məmmədov (55 kq) 1/4 finalda rumıniyalı Denis Mihaydan güclü olub – 4:3. Qitə birinciliyinin debütantı yarımfinalda gürcüstanlı dünya çempionu və Avropa ikincisi Nuqzari Tsurtsumia üzərində inamlı qələbə (5:1) qazanaraq finala yüksəlib. Məmmədov həlledici görüşdə moldovalı Artium Deleanu ilə qarşılaşacaq.
Murad Məmmədov (63 kq) 1/8 finalda danimarkalı Brian Santyaqoya heç bir şans tanımayıb – 8:0. Məmmədov növbəti mərhələdə latviyalı Aleksandrs Yurkyansı məyus edib – 3:1. Murad yarımfinalda rusiyalı Ənvər Allahyarovu xalların keyfiyyətinə görə (3:3) üstələyərək 6 illik fasilədən sonra yenidən Avropa çempionatının finalına yüksəlib. Sumqayıt güləş məktəbinin yetirməsi həlledici görüşdə ukraynalı Oleksandr Xruşinlə qızıl medal uğrunda mübarizə aparacaq.
Sənan Süleymanov (77 kq) 1/8 finalda almaniyalı İdris İbayevi çətinlik çəkmədən (10:0) yolundan kənarlaşdırsa da, xorvatiyalı Antonio Kamenyaseviçə məğlub olub – 1:3.
İslam Abbasov (87 kq) 1/8 finalda polşalı Şimon Şimonoviçə (2:1), 1/4 finalda isə gürcüstanlı Açiko Bolkvadzeyə (6:3) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında serbiyalı Aleksandr Komarovla (1:3) bacarmayan Abbasov bürünc medal uğrunda mübarizə aparacaq.
Beka Kandelaki (130 kq) 1/8 finalda finlandiyalı Konsta Maenpaeaeni (8:6), 1/4 finalda isə macarıstanlı Dariuş Viteki (9:0) yarışdan kənarlaşdırıb. Yarımfinalda dəfələrlə dünya və Avropa çempionu olmuş, 3 qat olimpiya mükafatçısı Rza Kayalpla qarşılaşan Kandelaki türkiyəli rəqibinə sonuncu xal prinsipinə əsasən (2:2) məğlub olub. O, 3-cü yer uğrunda görüşə çıxacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi