"Biz hamımız istəyirik ki, "Qarabağ" qələbə qazansın, mərhələ adlasın. İndiki halda "Qarabağ" üçün bəzi problemlər var".
Bu sözləri QOL.az saytına açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib. O, "Qarabağ"ın bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Norveç "Molde"sinə qarşı keçirəcəyi oyun haqda danışıb.
Mütəxəssis bildirib ki, bu oyun həm Ağdam təmsilçisi üçün, həm də "Molde" üçün çətin keçəcək: "Molde"nin stadionunun ot örtüyü sünidir. Bu, "Qarabağ"a problem yarada bilər. İkinci məsələ hava şəraitidir. Orada hava soyuqdur. Amma "Molde" üçün də problemlər yarana bilər. Çünki Norveçdə futbol mövsümü başa çatıb. Mövsümün axırında da komanda həmişə yorulur, heyətdə itkilər olur. Bunlar məlum şeylərdir".
O, "Qarabağ"ın hər zaman qələbə üçün meydana çıxdığını xatırladıb: "Elə komandalar var ki, onlar istər səfərdə, istərsə də evdə öz oyunlarını oynayırlar. Fikir heç-heçə deyil, fikir qələbədir. "Qarabağ" da belə komandalardan biridir. "Qarabağ"ın öz oyunu, fəlsəfəsi var. "Qarabağ" ancaq qələbə uğrunda mübarizə aparır. Bu, çox yaxşı haldır. Ona görə də uğur qazanırlar. Təbii ki, "Qarabağ" "Molde"ni analiz edib. Onların imkanlarını bilirlər. Amma azarkeş faktorunu da yaddan çıxarmaq olmaz. Gərginlik olacaq. Lakin "Qarabağ" bu gərginliyə öyrəşib. Problem olmamalıdır".
A.Mircavadov Ağdam təmsilçisinin Avroliqanın pley-offuna adlayacağına inandığını vurğulayıb: "Mən "Qarabağ"ın "Molde" ilə Bakıdakı oyununa stadionda baxmışam. Rəqib də yaxşı çıxış etdi. Bilirsiniz, komandalar var ki, evdə başqa cür, səfərdə başqa cür oynayırlar. "Molde" də belə komandadır. Səfərdə heç-heçə üçün mübarizə aparırlar ki, 1 xal qazansınlar. Evdə tam başqa cür çıxış edirlər. "Qarabağ" isə həmişə qələbə üçün oynayır. Futbolçularımızda özünə inam var. Düşünürəm ki, "Qarabağ" bu mərhələni keçəcək".
Mütəxəssis sonda bildirib ki, bu görüşdən 1 xal qazanmaq belə sərfəli nəticə olar: "Bu gün "Molde" ilə görüşdə 1 xal qazanmağımız belə kifayə edir. Çünki son oyunda "Qarabağ" "Hekken"lə qarşılaşacaq. Yenə də "Qarabağ" qalib gəlməyə çalışacaq. Fikrimcə, ilk 15 dəqiqədə daha ehtiyatlı oynamaq, soyuq meydançaya alışmaq lazımdır. İkinci mərhələ isə öz oyununu diktə etməkdir. İnanıram ki, "Qarabağ" Azərbaycana yaxşı nəticə ilə qayıdacaq".
Qeyd edək ki, "Molde" - "Qarabağ" oyunu bu gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda H qrupunda "Qarabağ" 6 xalla 2-ci, eyni xalı olan "Molde" isə 3-cüdür.
Nur Zeynalova
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirildi
Ozan Can əvvəl gözəl qol, sonra rəqibinə kəllə vurdu - Video
Zubirdən vida mesajı
“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
"Sabah"la oyun ən çətini olacaq" - "Hapoel"in baş məşqçisi
"Sabah"ın rəqibi 0:4 hesabı ilə uduzdu
"İnter" İngiltərə millisinin üzvünü transfer etdi
"Ayaks"ın vingeri PSJ-yə keçdi - Rəsmi
Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video
"Sabah" mövsümə bu qələbə ilə start verdi - Video
La Liqada yeni mövsüm başladı
"Trabzonspor"dan heç-heçə, "Fənərbaxça" uduzdu