"Düşünürdüm ki, qalib gələ bilərik. Amma yenə erkən qol buraxdıq. Qapımıza 3 qol vuruldu. Həm qələbə qazana bilərdik, həm də məğlub ola bilərdik".
QOL.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Mançester Yunayted"lə heç-heçə etdikləri oyun (3:3) barədə danışarkən deyib.
O, komandasının yaxşı çıxış etdiyini, lakin matçın hakimlərindən narazı olduğunu bildirib: "Bizim matçımızın izlənildiyini, Türkiyə futbolunun, "Qalatasaray"ın tərifə layiq olduğunu gördük. Devinson Sançez bizim üçün çox vacib idi. Onun yoxluğu planlarımızı dəyişdirdi. Qələbə qazana bilmədiyimiz üçün məyusuq. Amma məğlub olmamaq da vacibdir. Oyun çox fərqli bir nəticə ilə də başa çata bilərdi. Penalti epizodumuz var idi. "Bavariya" ilə görüşdəki ofsayd epizodu kimi... Hakimin performansı rəqibin adına möhtəşəm idi. Bu da matçın nəticəsinə 5-10 faiz təsir edir. Pressinqimizi, hücumdakı oyunumuzu, topa sahib olmağımızı nəzərə alaraq deyə bilərəm ki, bu səviyyədə olan bir komanda ilə əla iş gördük. Azarkeşlərimiz bizə inanılmaz dərəcədə dəstək oldular. Onlara təşəkkür edirəm".
Qeyd edək ki, 5-ci tur matçından sonra "Qalatasaray" xallarının sayını 5-ə çatdıraraq A qrupunda 2-ci pilləyə yüksəlib. “Mançester Yunayted” isə sonuncu yerdədir. Erik ten Haqın komandasının 4 xalı var.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi