Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsində doğma meydanda İsveçi 3:0 hesabı məğlub etdikləri oyundan sonra mətbuat konfransı keçirib. QOL.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Dünən kimsə bizə demişdi ki, biz Avstriya və Belçika matçında yaxşı oynamışdıq. Demişdim ki, futboldan başı çıxmayan, gic adam bunu görməyə bilər. Bu gün yaxşı başladıq, qol vurduq. Risk etmədik. İkinci hissədə özümüzü çətinliyə saldıq. Çox hücuma çıxırdıq. Meydanda ürəyimizi qoyduq. Ən yaxşı oyunumuzu göstərdik. Uşaqlar alqışa layiqdirlər. Təbii ki, başa düşürəm, milli uduzanda stadiona gedib onu dəstəkləmək çətindir. Amma elə uduzanda, gedib dəstək olmaq lazımdır. Tam ürəklə məşq edib, işləyirik. Hər oyunda 100 faizi meydanda qoyuruq.
- Bəziləri deyir ki, bu, Azərbaycan millisi tarixin ən yaxşısıdır. Razısız?
- Bunu bilmirəm, siz məndən yaxşı bilərsiz. Əvvəl burada olmamışam. İndiki komandada yaxşı oyunçular var. Yerli liqada oynayanlar var, xaricə gedənlər də oldu. Yaxşı oyunçu olmaq üçün beyində hazırlıqlı olub, məqsəd uğrunda çalışmalısan. Bu baxımdan bizdə nəsə çatışmır. Mən bura gələndən yaxşı mənada dəyişiklik var. Oyunu taktiki baxımdan yaxşı idarə edirik. 10 nəfərlə bu gün sona qədər vuruşduq.
- Milli Avstriya və Belçikaya qarşı da Bakıda pis oynamamışdı, amma sonda 0:1 hesabı ilə uduzmuşduz. Bu gün isə qələbə qazandınız. Nəyi edə bildiz ki, qələbə alındı?
- Əsas fərq odur ki, yaratdığımız epizodlardan istifadə etdik. Bu gün ilk dəqiqələrdə iki qol vurduq. Avstriya ilə matçda iki qol epizodundan istifadə edə bilmədik. Effektiv olmalıyıq. Komanda inkişaf edir, bu, göz qabağındadır. Seçmə mərhələnin ən ağır qrupundayıq. Üçüncü yerdəyik. Düzdür, bazar günü vəziyyət dəyişə bilər. Amma biz Belçika ilə matça da yaxşı hazırlaşacağıq. Belçikaya qarşı Bakıda yaxşı oynamışdıq. Mən Azərbaycan millisinin azarkeşi olsaydım, bu hallara çox sevinərdim.
- Bir müddət əvvəl demişdiz ki, meşə salırsız və bunun ilk mərhələsindəsiz. Bu qələbə ilə ilk toxumları səpmiş olduz?
- Bu suala Belçika ilə matçdan sonra cavab verim. Çoxunuz oyuna baxmadan, nəticəyə baxıb danışırsız. Bu, doğru deyil. Deyirsiz ki, indiki milli tarixin ən güclü komandasıdır. Amma bir neçə ay əvvəl uduzanda bizi pisləyirdiz. Futbolçulara təşəkkür elədim.
- Rövnəq Abdullayev bildirdi ki, bu qələbə Azərbaycan futbolunda dönüş olacaq və Belçika ilə görüşdən sizin üçün çox şey asılı olacaq. Siz özünüz özünüzlə müqavilə imzalayardız?
- Oyuna üç gün qalıb. Matçdan sonra baxıb görərik.
- Üçüncü qolu Arif Əsədova təpik vuraraq qeyd etdiz. Bu, sizə olan tənqidlərə cavab idi, yoxsa necə?
- Ariflə münasibətimiz əladır. Dəyişiklikər zamanı müzakirə edirdik. Futbolda da 60 yaşlı kişilər özünü uşaq kimi aparır. Sadəcə sevincli alındı.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi