De Brüyne "Əl-Nəsr"ə keçmək istəyir

De Brüyne "Əl-Nəsr"ə keçmək istəyir
DÜNYA FUTBOLU 8 Noyabr 2023 / 14:46 2976
-  A +

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne "Əl-Nəsr"ə keçə bilər.

QOL.az "The Sun"a istinadən xəbər verir ki, belçikalı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəyir.

Onun "Əl-Nəsr" klubunun nümayəndələrinə mövsümün sonunda komandasından ayrılmaq istədiyini dediyi bildirilib.

32 yaşlı futbolçunun "Mançester Siti" ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

Xatırladaq ki, "Əl-Nəsr"də portuqaliyalı futbolçu Kriştiano Ronaldo da çıxış edir.

Daha çox


Son xəbərlər